“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

18:42 25-09-2023 | icon 891 | Geopolitika
“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

Əlabbas Məhərrəmli: “Paşinyanın Qərbyönümlü siyasəti Rusiyanı bu qədər qəzəbləndirib”

 

“Rusiyanın rəsmi təbliğat vasitələrinin, o cümlədən, sözdə müstəqil informasiya kanallarının yayımlarına nəzər saldıqda açıq görürük ki, Ermənistanın baş naziri Nikol Paşinyana yönəlik nifrət son həddədir. İstər rəsmi şəxslər, istərsə də ekspert cameəsi Rusiya-Ermənistan münasibətlərinin indiki durumu haqda danışarkən, mütləq qaydada Paşinyanın “pozucu fəaliyyət”inə vurğu edirlər”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın lokal antiterror əməliyyatından sonrakı vəziyyətlə bağlı şərhində siyasi ekspert Əlabbas Məhərrəmli deyib.

 

Əlabbas Məhərrəmlinin fikrincə, həqiqətən də, Ermənistan hakimiyyətinin öz siyasətində getdikcə daha qabarıq şəkildə Qərbə yönəlməsi Rusiyada birmənalı reaksiya doğurur:

 

“Orada hesab edirlər ki, ermənilər və Ermənistan xalq və dövlət olaraq, indiki mövcudluqları üçün Rusiyaya borcludurlar. Təbii ki, onlar bu yanaşmalarında heç də haqsız deyillər. Çünki ermənilərin Qafqaza köçürülməsi, onlara himayədarlıq edilməsi, hətta bizim tarixi torpaqlarda onlara süni dövlət qurulmasında əsas rol Rusiyaya məxsusdur. Ermənilərin nə yüz il əvvəl, nə də daha yaxın müddətdə dövlət qurmaq imkanları olub. Ona görə də, Paşinyanın Qərbyönümlü siyasət yürütməsi Rusiyanı bu qədər qəzəbləndirib”.

 

Rusiyada Paşinyanı hədəfə alanların önündə erməni mənşəli ekspertlər və ya jurnalistlərin olduğuna diqqət çəkən ekspertin fikrincə, bu taktika ona hesablanıb ki, Paşinyanı ermənilərə söydürməklə, Ermənistanın Rusiyaya möhtac olduğu qənaətinin yox olmasının qarşısı alınsın:

 

“Bununla belə, Ermənistan rəsmilərinin Rusiya ilə bağlı açıqlamalarının məzmunu onu göstərir ki, İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK