Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

17:53 28-09-2023 | icon 435 | Siyasət
Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

Prezident İlham Əliyevin sərəncamı ilə Nəsir Məmmədovun İraqa səfir təyin olunması Kərkük Türkmənelindəki qardaşlarımız tərəfindən sevinclə qarşılanıb.

 

Versus.az-ın xəbərinə görə, İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya diplomata təbrik məktubu ünvanlayıb və onun təyinatını məmuniyyətlə qarşıladıqlarını bildirib.


Partiya lideri versus.az-a açıqlamasında səfirin yeni fəaliyyətinin də uğurlu olacağına inamını dilə gətirib:

 

"Bildiyiniz kimi, biz İraq türkləri iki ölkə arasında körpü olmaq istəyirik. Səfir Nəsir Məmmədov oncəki fəaliyyəti dövründə də Kərkük Türkmənelini bir neçə dəfə ziyarət edib, türkmən ictimaiyyətinin nümayəndələri, partiya liderləri ilə görüşüb, bir sıra müzakirələr aparıb. Bu da bizdə böyük məmuniyyət hiss oyadıb. Arzu və istəklərimizi dinləyib".


Riyaz Sarıkahya ən böyük arzularından birinin Kərkükdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması olduğunu bildirib:

 

"Biz hər zaman özümüzü Azərbaycandan bir parça hiss edirik. Burada mədəniyyət mərkəsinin açılması həm İraq-Azərbaycan mədəni əlaqələrinə, həm də bizim qardaşlarımızla bir-birimizi daha yaxından tanımamıza, münasibətlərimizin möhkəmləndirilməsinə bir töhfə olardı".

 

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK