Rusiyanın Vardanyan gedişinin əhəmiyyətsiz və təsirsiz halı

13:30 29-09-2023 | icon 890 | Geopolitika
Rusiyanın Vardanyan gedişinin əhəmiyyətsiz və təsirsiz halı

Vüqar Dadaşov: Azərbaycanın öz reallıqları var və əlehdarları bu reallıqları qəbul etmək məcburiyyətindədir

 

“Qarabağda erməni separatçılarının 20 sentyabrda təslim olmasından sonra, separatçıların Azərbaycandan qaçmağa başlaması gözlənilən idi. Ələlxüsus Azərbaycan dövlətinə, xalqına qarşı cinayətlər törətmiş şəxslərin barəsində müvafiq cinayət işləri üzrə onların həbs olunacağı elan olunmuşdu. Ruben Vardanyanın həbsi həm, siyasi, hüquqi və həm də psixoloji baxımdan olduqca vacib nəticələlərə səbəb oldu”.

 

Versus.Az xəbər verir ki, bunu hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov Ruben Vardanyanın həbsi və separatçılariı könüllü teslim prosesinin baslanması ilə bağlı açıqlamasında bildirib.

 

 

Ekspert bildirib ki, Azərbaycanın sentyabrın 19-da başladığı bir günlük lokal antiterror tədbirləri Vətən müharibəsindən sonra yekun mərhələ kimi, Qarabağdakı separtçı rejimin təslim olması ilə ən mühüm hərbi-siyasi nəticələr yaratdı:

 

“Lokal antiterror tədbirlərinin dayandırılmasının ilkin şərtləri əlbəttə ki, digər proseslərin də mütləq məcrada və sürətli şəkildə inkişaf edəcəyini göstərirdi. Sentyabrın 20-də lokal xarakterli antiterror tədbirlərinin dayandırılmasından sonra Azərbaycan dövləti sürətli siyasi qərarlar verdi və bir-birinin ardınca ciddi gedişlər etdi. Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan ərazisinə qeyri-qanuni keçərək Qarabağda özlərinə qondarma dövlət yaradıb, onun “Dövlət naziri” vəzifəsində çalışmış və Azərbaycan dövlətinə, xalqına qarşı  xüsusilə ağır kateqoriyalı cinayətlər törətmiş Ruben Vardanyanı saxlayaraq, Azərbaycanın müvafiq dövlət orqanlarına təhvil verib. Ruben Vardanyan Bakıya gətirilərək istintaqa başlanılmış və barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdir Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1- terrorçuluğu maliyyələşdirmə, 279.3 -qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə və 318.1-ci Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

 

V.Dadaşov vurğulayıb ki, Ruben Vardanyan Rusiya vətəndaşı olaraq iş adamı kimi Rusiya “milyarder”lərindən biri idi:

 

“Rusiyanın Ukraynada başladığı təcavüzkar müharibəsindən sonra Rusiyaya və rusiyalı biznesmenlərə qarşı Qərbin və beynəlxalq təşkilatların tətbiq etdiyi sanksyalardan yayınmaq məqsədi ilə bəzi biznesmenlər Kreml hakimiyyətini tənqid etməyə başladı və hətta bir neçə tanınmış iş adamları Rusiya vətəndaşlığından imtina etdi. Yaranmış vəziyyətdən Rusiya milyarder Ruben Vardanyandan Cənubi Qafqazda öz siyasi məqsədi üçün istifadə etmək qərarına gəlir. Ruben Varadnyan publik şəkildə Rusiya vətəndaşlığından imtina edərək, Azərbaycana, Qarabağa ezam edilir. Aksioma şəklində bəllidir ki, ermənilərin Azərbaycanda Qarabağda yaratdığı separatçı rejim bütünlüklə Rusiyanın nəzarəti və diktəsində idi. Ona görə də Ruben Vardanyanın milyardlar topladığı Rusiyadan  özbaşına Qarabağa qaçmasını fərz etmək belə yanlışlıqdır. Əlbəttə ki, Rusiya erməni əsilli Ruben Vardanyan kartından Cənubi Qafqazda öz siyasi məqsədinə istifadə etmək niyyətində idi. Rusiyanın əvvəlcə Ruben Vardanyanı Qarabağdakı separatçı rejimin başına gətirib, sonra onu Ermənistana transfer edərək baş nazir Nikol Paşinyanı əvəzləmək istəyi özünü açıq göstərirdi. Ancaq, Azərbaycan dövləti Rusiyanın Vardanyan gedişini əhəmiyyətsiz və təsirsiz hala saldı”.

 

Ekspert sentyabrın 28-də erməni separatçılarının uydurduğu qondarma Artsaxın prezidenti Samvel Şahramanyan "Dağlıq Qarabağ" ("Artsax") Respublikası öz fəaliyyətini dayandırılması haqqında fərman imzalayaraq, qondarma rejimin özünü buraxmasına diqqət çəkib:

 

“Dünən qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olacağı barədə açıqlama yayaraq Xankəndidən Şuşaya gələrək Azərbaycan hüquq mühafizə orqanlarına təslim olub. Heç şübhəsiz ki, digər separatçı “lider”lər də təslim yolunu seçməklə aqibətlərini yüngülləşdirməyə çalışacaqlar. Eyni zamanda da dünüən Azərbaycan polisi Xankəndinə girərək öz vəzifə üzrə fəaliyyətinə başlayıb. Azərbaycan xalqı 30 il məğlubiyyətlə barışmayaraq öz dəmir iradəsini nümayiş edərək torpaqlarını azad etməsi və separatçılığın acı sonluğu əlbəttə ki, ümumən separatçı meylli şəxslərin başını “əlhət” daşına vurdu. Ən əsası isə Vardanyanın həbsi Rusiya tərəfindən ona verilmiş təhlükəsizlik qarantiyasının heç bir təsirə malik olmadığını göstərərək, Samvel Babayn kimiləri tələsik təslim olmağa məcbur etdi. Dünən Rusiya prezidentinin sözçüsü Dimitri Peskov demək olar ki, açıq şəkildə Rusiyanın Ruben Vardanyandan imtina etməsi əlbəttə ki, separatçı liderləri illərlə xidmət etdiyi ruslardan da ümidlərini üzdü”.

 

Ekspert bildirdib ki, erməni separatçılarını təhrik edən bəzi qərb dövlətləri və həmçinin İran kimi dövlətlərin Azərbaycan xəyalları elə onların özü üçün “qırmızı xəttə” çevrildi. Bütün proseslər Azərbaycanın öz istəyinə uyğun reallıqları yaradır və Azərbaycan əlehdarları bu reallıqları qəbul etmək məcburiyyətindədir:

 

“Ermənipərəst dünya dövlətlərinin, beynəlxalq təşkilatların baş verənləri müşahidəçi kimi seyr etməsi əlbəttə ki, Azərbaycanın gücünün, siyasi iradəsinin qəbulunun nəticəsidir. Həqiqətən Azərbaycan dünyanın hərb və siyasi bacarıq fenomeni kimi özünü təsdiq etdi”.

 

SEVDA

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq