Deputatdan TƏKLİF

13:42 02-10-2023 | icon 373 | Siyasət
Deputatdan TƏKLİF

Zahid Oruc: “20 Sentyabr Bütövlük Günü olsun”

 

“Prezident İlham Əliyevin rəhbərliyi ilə 19-20 sentyabrda həyata keçirilən antiterror tədbirləri xalqımıza hərbi zəfər, 4 min kvadrat kilometr ərazidə konstitusion bütövlük qazandırdı. Nəinki Xankəndi və Xocalıda 10 minlik hərbi birləşmələrin, 100 il bundan əvvəl Azərbaycanın inzibati-idarəetmə quruluşuna mina kimi basdırılan muxtar vilayət, 1990-cı ildən yaradılan hibrid birləşmənin varlığına son qoyuldu. 1804 cü ildən bu yana Qarabağın kimə məxsusluğu ətrafında gedən savaşın da qalibini müəyyən etdi”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

O bildirib ki, antiterror tədbirləri Vətən müharibəsinin davamıdır:

 

“Antiterror tədbirləri 44 günlük müharibənin davamıdır, buna görə, nəticələr 45 günlük müharibə kimi simvollaşa, Azərbaycanın siyasi təqviminə qızıl hərflərlə yazıla bilər. Təklif edirik ki, on illərlə soyqırımı, kütləvi insan və torpaq itkiləri yaşayan bir xalqın 8 noyabrda qazandığı Zəfərin davamı olaraq, 20 sentyabrı Bütövlük Günü kimi qeyd edək və onu rəsmiləşdirək, əbədiləşdirək. Ümidvarıq ki, parlamentin ölkə rəhbərinə müraciəti yüksək qiymətləndirilər. Çünki hər bir azərbaycanlının, bütövlükdə xalqımızın iradəsini əks etdirir”.

 

Deputat bildirib ki, indi Azərbaycan dövləti Qarabağda 30 illik hərbi cinayət törədənlər, millətimizə sonsuz bəlalar yaşadanlar üzərində Haaqa tribunalını təşkil edir:

 

“Vardanyan, Babayan, Mnatsakanyan və 300 qədər şəxsi ədalət mühakiməsi gözləyir. Qərb mediası hər gün dünya miqyasında Qarabağ ermənilərinin xeyrinə kampaniya aparır. Halbuki ermənilərin kütləvi köçü Ermənistanda hakimiyyətə qayıtmağa çalışan keçmiş prezidentlərin siyasi planıdır, özünü ləğv edən Qarabağ rəhbərliyinin birbaşa göstərişidir. Qarşıda bizi qələbəmizi müdafiə etmək üçün şərəfli və uzun vədəli mübarizə gözləyir. Lakin inanırıq ki, işğalı aradan qaldıran millət bu vəzifənin də öhdəsindən gələcək”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq