Rəqabət məcəlləsi bazarda ucuzluq yarada biləcəkmi?

16:20 02-10-2023 | icon 307 | Siyasət
Rəqabət məcəlləsi bazarda ucuzluq yarada biləcəkmi?

Razi Nurullayev: "Vətəndaşlarımız da boşundan ümidlənməsinlər..."

 

Milli Məclisin deputatı Razi Nurullayev payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında iki məsələyə diqqət çəkib.

 
 
Versus.Az xəbər verir ki, Rəqabət məcəlləsinin müzakirəyə çıxarılmasını alqışlayan deputat bildirib ki, birinci növbədə, əhalimizin gözləntisi ondan ibarətdir ki, Rəqabət məcəlləsinin qəbul edilməsindən sonra bazarlarda ucuzlaşma olacaqmı:
 
 
"Azərbaycan bazarında başqa idxalçılara maneçilik törədib müəyyyən məhsulları ölkəmizə idxal edən vəzifəli şəxslər və onların himayə ediyi sahibkarlar vardı. Bu məsələ indi demək olar ki, aradan qaldırılıb, vergi və gömrükdə xeyli şəffaflıq yaranıb və idxalçılara münasibət müsbətə doğru dəyişib. Bu baxımdan Rəqabət məcəlləsinin idxal olunan mallar üzrə ucuzluq yaradacağını zənn etmirəm və vətəndaşlarımız da boşundan ümidlənməsinlər. Yox, yanlışlığım varsa, istərdim ki, bu barədə izahat verilsin. Ucuzluq necə yaranacaq, bunu sadə izahla bilmək istərdik.
 
İkinci məsələ, təbii inhisarlarla bağlıdır. Bu gün SOCAR, onun tərkibinə daxil olan Azəriqaz, üstə gəl Azərişıq, üstəgəl Azərenerji, üstəgəl AZAL hamısı təbii inhisarlardır. Bu təbii inhisarçıları dövlət tənzimləyir, bazarda da digər oyunçular yoxdur. Bu məcəllə onlarə necə təsir edəcək, bu anlaşılan deyil. Gözəl sözlər, bəlağətli cümlələr yazıla bilər, amma real həyatda onlar əksini tapmayacaq. Bu baxımdan hansı addımlar atılacaq? Ikinci, üçüncü hava şirkətlərimiz olacaqmı ki, AZAL ilə rəqabət aparsın? Yaxud yuxarıda adını çəkdiyim şirkətlərdən başqa da şirkətlər olacaqmı ki, onlar aralarında rəqabət aparsın ki, Rəqabət məcəlləsi də onları tənzimləsin?
 
Hər halda bu məqamlar qanunda qeyd olunarsa, o zaman rəqabət yarada biləcək şirkətlərin yaranması üçün əsaslar yaranar və sərmayə qoymaq istəyənlərin stimulu və motivasiyası əmələ gələr".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK