Güclü dövlət ətrafda qısqanclıq yaradır, ona görə də...

14:45 05-10-2023 | icon 209 | Siyasət
Güclü dövlət ətrafda qısqanclıq yaradır, ona görə də...

Sevil Mikayılova: “Erməni cinayətlərinin beynəlxalq aləmdə tanınmasını təmin etməliyik”

 

Regionla bağlı yeni reallıqlar, erməni cinayətkarlarını “dar ağacına” yaxınlaşdırır. Artıq Azərbaycan erməni cinayətkarlarını Haaqa Məhkəməsinə çıxarmağa hazırlaşır və bu tarixi anın gələcəyi birmənalıdır. Eyni zamanda son 30 ildə Azərbaycana qarşı vandal siyasət aparan Ermənistanın beynəlxalq müstəvidə qınanmadan bir çox hallarda müdafiə olunduğunu nəzərə alsaq, cinayətkarların, türk düşmənlərinin yüksək tribunallarda ədalətlə mühakimə ediləcəyi, beynəlxalq hüququn erməni cinayətkarları ilə bağlı nə dərəcədə ədalətli qərar verəcəyi mübahisəli görünür.

 

Nəticəsindən asılı olmayaraq Azərbaycan cəmiyyətini bir sual düşündürür: -30 il müddətində erməni işğalı altında qalan Azərbaycan torpaqlarını insanları ilə bərabər yandıran, dünyanın gözü qarşısında soyqırımlar, qətliamlar törədən, maddi-mədəniyyət irsimizi məhv edən erməni cinayətkarları öz əməllərinə görə Beynəlxalq Məhkəmə qarşısında nə vaxt cavab verəcək? Beynəlxalq Məhkəmələr erməni cinayətkarlarına cəza istəyərkən nə dərəcədə ədalətli olacaq?

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Sevil Mikayılova açıqlamasında "artıq haqq-hesab zamanıdır" deyib.

 

Deputat 30 illik münaqişə tarixində Ermənistanın revanşist qüvvələrinin Azərbaycana qarşı beynəlxalq səviyyəli cinayət əməlləri, soyqırımlar törətmələrinə diqqət çəkib:

 

"Azərbaycanlılara qarşı həm Ermənistan ərazisində, həm Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılıb. 1 milyondan çox insanımızın öz doğma yurdundan qovulması, insan hüquqlarının pozulması, əmlakının talan edilmsi, maddi-mədəniyyət abidələrimizin dağıdılması artıq başqa konvensiyaların pozulmasını təsdiq edir. 30 il müddətində Ermənistanın o vaxtkı hakimiyyətləri, eyni zamanda Azərbaycan ərazisində mövcud olan qeyri-qanuni separatçı rejim tərəfindən xalqımıza divan tutulub”.

 

Deputat qeyd edib ki, erməni separatçılar haqq-ədalətin öz yerini tutacağını və bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklərini gözləmirdilər. Ona görə də daha azğın, bəşər tarixində görünməyən qeyri-insani cinayət əməllərini törədiblər. Amma Azərbaycan prezidenti İlham Əliyev ilk gündən də söylədiyi kimi, Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərinin bədəli olacaq və onu törədənlər cavab verəcəklər. O gün gəlib çatıb, haqq-ədalət yerini tutub. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlar azad olunub, separatçı rejimin ağ bayrağı qaldırılıb. İndi də beynəlxalq məhkəmədə haqq-hesab zamanıdır.

 

S.Mikayılova təbii olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq beynəlxalq ədalət məhkəməsinə müraciət edərək, cinayətkarların beynəlxalq tribunal qarşısında cavab verməsini istədiyini bəyan edib. Onun sözlərinə görə, ermənilərin törətdiyi cinayətləri faşist Almaniyasının törətdiyi cinayətlərindən zəif deyil, əksinə daha ağır cinayətlərdir. Düputat bu cinayətləri sübut edən faktların dövlət təhlükəszilik xidmətində toplanılaraq saxlandığını qeyd edib:

 

“Həm Xocalı soyqırımı, həm də Azərbaycan ərazisində törədilmiş digər erməni cinayətlərlə bağlı bütün sübutlar yaradılan dövlət komissiyaları tərəfindən kodlaşdırılıb. Cinayətin şahidləri var. Bu gün Xocalı qatili Vaqif Xaçatryana qarşı aparılan cinayət işindən danışırıq. Baş Prokurorluq bununla bağlı 60 -a yaxın şahid ifadəsini dinləyib. Biz canlı şahidlərdən, sübut üçün məhkəməyə təqdim olunacaq digər əşyayi-dəlilərdən danışırıq ki, onlar kifayət qədərdir. Ona görə də belə insanların beynəlxalq hüquq qarşısında cavab verməsi üçün beynəlxalq məhkəmələrə müraciət edəcək”.

 

S.Mikayılova Azərbaycanın özünün belə bir məhkəmə quraraq dünyanın diqqətini ona yönəltməsni mümkün hesab edib. Eyni zamanda bildirib ki, erməni cinayətlərinin miqyasını, erməni vəhşiliyini bütün dünyaya göstərmək üçün məhz beynəlxalq məhkəmələrin qurulması zəruridir:

 

“Onlar beynəlxalq məhkəmələr qarşısında cavab verəcək qədər qatı cinayətkarlardır. Biz onsuz da Azərbaycan ərazisində cinayətlər törətmiş, Azərbaycan konstusiyasını pozmuş şəxsləri Azərbaycan qanunlarına uyğun olaraq mühakiməsini təmin edəcəyik. Amma biz erməni cinayətlərinin beynəlxalq aləmdə tanınmasını təmin etməliyik”.


Deputat erməni vandallarının əsl simasının dünyaya göstərilməsi üçün informasiya mübarizəsinin gücləndirilməsini zəruri sayıb. Onun sözlərinə görə, ermənilərin informasiya təxribatları, erməni cinayətlərinin dünya maştabında təqdimatı baxımından bu sahədə imkanların daha da genişləndirilməsi təkif olunur. Lakin Azərbaycan münaqişənin ilk illərində qarşılaşdığı informasiya blokadasını çoxdan yarıb:

 

“İlk vaxtlar beynəlxalq səviyyədə Ermənistana uduzmağımızın bir səbəbi də o idi ki, onlar buna uzun illər hazırlaşmışdılar. Erməni diasporu bu gün olduğu kimi o zaman da güclü idi. Əvvəla müasir texnologiyaların inkişafı bu blokadanı yarmağa imkan yaratdı. Digər tərəfdən, bu gün Azərbaycanın gücü 90-cı illərin səviyyəsinə deyil. Mən xüsusilə Azərbaycan Prezidentinin çox aktiv xarici siyasət apardığını qeyd etmək istəyirəm. Prezident elə bir beynəlxalq səviyyəli tədbir, format olmayıb ki, orada Qarabağ məsələsini qaldırmasın. Hər halda Azərbaycana qarı baş verən cinayətlərin, haqzıslıqların ölkənin birirnci şəxsi tərəfindən eşitdirilməsi daha yaxşı, əhəmiyyətlidir, nəinki hansısa jurnalistin hardasa br məqalə yazması”.

 

Deputat qeyd edib ki, informasiya cəbhəsini yarmaq üçün Azərbaycanın kifayət qədər resursları var. Onun sözlərinə görə, bu işlər beynəlxlq platformalarda diplomatlarımız, Azərbaycan parlementinin deputatları tərəfindən parlament siyasəti çərçivəsində də uğurla aparılır.

 

O ki qaldı Azərbaycana qarşı ara-sıra informasiya hücumlarının olmasına, Sevil Mikayılova hesab edir ki, bu artıq həmin dövlətlərin apardığı siyasi ideoloji mübarizənin təzahürləridir. Onun sözlərinə görə, təbii olaraq güclü dövlət ətrafda qısqanclıq yaradır, ona görə də istər-istəməz təzyiq vasitəsi kimi mətbuatdan istifadə olunur.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq