"Artıq ərazilərimizdə “boz zona“ yoxdur"
Tural Gəncəliyev: “Ermənilərin köçündən “etnik təmizləmə” iddiası hazırlayanlar iflasa uğradı”
Bu gün Qarabağ iqtisadi zonasının tarixi, gözəl şəhərlərindən olan Xankəndi mühüm hadisələrə şahidlik edir. Regionun geosiyasi reallıqları fonunda separatçı rejimdən təmizlənən şəhərimiz nəhayət ki, Azərbaycan bayrağının kölgəsi, dövlətin müdafiəsi, mühafizəsi altındadır. Ərazidə müşahidə olunan köç karvanları isə daha çox separatçıların girovluğunda qalan mülki ermənilərin azadlıq marşına bənzəyir. Erməni revanşist qüvvələrin bu mənzərədən öz mənfur niyyətləri üçün planlar hazırladığı istisna edilmir. Bu gün Xankəndi və orada yaşayan əhalinin durumu, reinteqrasiya prosesi ilə bağlı xaricdən birmənalı olmayan yanaşmlar ortaya qoyulur...
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Tural Gəncəliyev proseslərə diqqət çəkib.
- Tural müəllim, 19 sentyabr əməliyyatından sonra Qarabag iqtisadi zonasında, xüsusilə də Xankəndidə cərəyan edən prosesləri necə dəyərləndirmək olar?
- Artıq bu gün tam əminliklə, səmimiyyətlə -“Xankəndi Azərbaycandır!” -deyə bilirik. 19 sentyabr antiterror əməliyyatı ərazilərimizdə suverenliyimizi, ərazi bütövlüyümüzü tam təmin elədi. Biz 2020-ci ildə seçicilərimizlə görüşə “Yolumuz Xankəndiyədir” -devizi ilə getmişdik. Mən Ali Baş Komandana, Ordumuza, xalqımıza minnətdaram: bizim verdiyimiz vədlər yalan çıxamadı. Yadımdadır ki, o zaman seçki kampaniyasına qatılanda erməni sosial şəbəkə istifadəçiləri, təbliğat maşını bir kənara, öz içimizdə olan bir çox insanlar buna qeyri-ciddi, ironiya ilə yanaşırdılar. Lakin biz Xankəndinin erməni separatçı rejimindən azad olunacağına bir an belə şübhə etmdik. Dövlətimiz, Ali Baş Komandanımız sağ olsun. Bu gün regionda yaranmış vəziyyət bizdə çox qeyri-adi hisslər yaradıb. Həmkarlarımızla söhbətlərimiz zamanı daim bu məsələyə diqqət çəkirik: vaxtilə sovet ittifaqının tərkibində olanda da Qarabağ Azərbaycanın tərkib hissəsi idi. Ancaq daim orada erməni separatizmi mövcud idi, hətta “Dağlıq Qarabağ Muxtar Vilayəti” olanda ermənilər Azərbaycana qarşı gizli işlər aparırdılar. Sanki suverenliyimiz 100 faiz bərpa edilməmişdi. Ancaq bu gün Qarabağda separatizmə son qoyuldu.
Ümumən regiona nəzər salsaq, vəziyyət tam stabildir. Azərbaycan antiteror tədbirlərindən sonra qarşıya qoyduğu məqsədlərə, hədəflərə çatıb. Artıq ərazilərimizdə “boz zona“ yoxdur. Bir nəfər də olsun separatçı ünsür yoxdur.
- Xankəndidə müşahidə olunan erməni köçü hansı növbəti şouya hazırlıqdır?
- Xankəndidə yaşayan ermənilərə münasibət hər zaman bəlli olub. Bu gün də dövlət başçısından, məmuruna qədər dəfələrlə çağırışlar ediblər ki, onlar burada qalıb yaşaya bilərlər və digər xalqlar kimi bütün hüquqları qorunacaq. Ancaq seçim yenə də özlərinindir. Bu gün gedirlərsə yollar açıqdır, qalırlarsa yenə də onlara heç bir problem yaradılmır.
Digər bir tərəfdən, bizim jurnalistlərimiz Laçın keçid məntəqəsində 10-larla ermənidən müsahibə alıb. Mülki ermənilər ya özlərinin xoşluqla getdiyini, ya da xunta rejiminin təsri ilə köçməyə məcbur olduqlarını etiraf edirlər. Ermənilərin Xankəndidən köçməsində əsas maraqlı tərəf elə xunta rejimi, sülhün əleyhinə olan qüvvələrdir. Çünki bilirlər ki, ermənilər qalsalar, Azərbaycan dövlətinə reinteqrasiya olunacaq, burada dil tapıb gözəl yaşayacaqlar. Bununla da 30 il ərzində dünyada qurduqları -“biz türklərlə bir yerdə yaşaya bilmərik” mifi dağılacaq. Bu fikirləri Ermənistanın keçmiş prezidenti Röbert Köçəryan da azərbaycanlılara istinadla bildirmişdi. O da demişdi ki, “biz türklərlə etnik olaraq uyğun deyilik, bir yerdə yaşaya bilmərik”. Erməniləri ərazilərimizdən köçməyə məcbur edən xunta rejimi mülki ermənilərə ciddi psixoloji təzyiqlər göstərib. Amma əminəm ki, qalmaq istəyən ermənilər də var. Onların timsalında görəcəyik ki, çıxıb gedən ermənilər Azərbaycan dövlətinin vətəndaşı olmamaqla çox şeyi itirdilər.
Digər tərəfdən, buradan köçən ermənilər, bu davranışları ilə daha çox Ermənistana etiraz edirlər. Çünki böyük Ermənistan mifi, gah “öz müqaəddəratını təyin etmək”, gah “Miyatsum”kimi saxta xülyalarla başlarını doldurmuşdular. Bu mifin darmadağın edilməsi, onları ruhdan salıb.
Qarabağda yaşayan ermənilər öz günahları ucbatından həmin separatçıların əsirliyinə düşmüşdülər. Vaxtında ağıllı olub Azərbaycan dövlətinə sadiqliklərini göstərməliydilər. Bunu etmədilər. Ona görə də bugünkü duruma görə təqsirin müəyyən bir hissəsi də elə onların üzərindədir. Çox dünyaya bağırırdılar ki, Qarabağda “demokratik” cəmiyyət qururlar, ay burda insanlar azad yaşayırlar. Əslində 30 il müddətində bunlar separatçı dəstənin fəaliyyətinə dəstək veriblər. Həmin 10 min qanunsuz erməni silahlıları da Qarabağda yaşayan ermənilərin ailə üzvləri, Ermənistandan gələnlər idi. Onlardan soruşmaq lazımdır ki, siz ailə üzvlərinizi niyə Azərbaycana qarşı döyüşmək üçün göndərirsiz, etməmliydiniz.
Bütün bunlarla yanaşı, bu gün Qarabağda qalıb yaşamaq istəyən insanlarla dialoq aparılır. Ümidvaram ki, qalıb yaşayan ermənilər bu situasiyadan sonra Azərbaycan dövlətinin humanist mövqeyini təkcə sözdə deyil, əməldə də görəcəklər. Artıq reinteqrasiya prosesi üçün də müvafiq portal hazırlanıb, Azərbaycanın tibb personalı, sosial xidmətlər göstərən müvafiq qurumları Xankəndidə fəaliyyət göstərir və daxili işlər orqanlarımız tərəfindən təhlükəszilik təmin olunur. Yəni Azərbycanın işğaldan azad olunan digər bölgələrində olduğu kimi, eyni bərpa prosesi Qarabağ İqtisadi zonasında-Xankəndində də gedəcək.
- “Etnik təmizləmə” iddiası ilə Azərbaycanın beynəlxalq məhkəmələrə çəkilməsi ehtimalı varmı?
- Ermənilərin köçündən “etnik təmizləmə” iddiası hazırlayanlar iflasa uğradı. Fransa, onun əlaltıları olan bir neçə ölkə istisna olmaqla heç bir ölkə Azərbaycana qarşı xüsusi bəyanat səsləndirmədi. Mən Avropa Parlamenti işçi qrupunun üzvüyəm. Amma bu parlamentə Avropa deyil, Fransanın əlinin altında olan “Frankafon parlamenti” adını daha çox yaraşdırıram. Çünki məhz bu “Frankafon Parlamenti bizə qarşı qərəzli bəyanatlar yaymaqdadır. O cümlədən yadınızdadırsa, bir neçə həftə öncə BMT-də Azərbaycanla bağlı heç bir nəticəsi olmayan boş müzakirələr aparıldı. Azərbaycanın belə bir müstəvidə məhkəməyə çıxarılması cəhdləri də boşa çıxacaq. Azərbaycanın diplomatik cəbhədə güclü dəstəkçiləri var. Biz nə qədər erməni təbliğat maşını ilə Fransa kimi ölkələrin əks kompaniyası üzləşsək də, regionun ən güclü dövlətləri olan Türkiyənin, Rusiyanın Ermənistanın havadarlarının oynadığı çirkin oyunlarla razı olmadığını da müşahidə edirik.
- Azərbaycan özü Ermənistanı vurduğu zərər görə məhkəməyə verib, təzminat tələbini nə dərəcədə sürətləndirib?
- Azərbayacan zərərə görə Ermənistana qarşı təzminatın tələb olunması iddiasını qaldırır. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə çox işlər görüb. Ermənistanın Azərbaycan vurduğu zərərin miqdarı 100 milyardlarla ölçülür. Əminəm ki, təzminat istəniləcək. Çünki Ermənistan Azərbaycanda böyük dağıntılar törədib, şəhərləri, kəndləri viran qoyub, insanlar öldürülüb, əmlakları dağıdılıb. Avropada, Qərbdə bir insanın kiçik bir hüquq pozulanda onun mənəvi, maddi zərərinin ödənilməsi tələb olunur.
Sadə bir misal: mənim özüm Xankəndi şəhərində doğulmuşam. 30 il ərzində öz doğma şəhərimə gedə bilməmişəm. Bu mənəvi zərərin həcmi ölçüyə gəlməyəcək dərəcədə böyükdür. Təkcə bu haqqın ödənilməsi işğal altında qalan bütün ərazilərimizdə yaşamış hər bir insanımıza aiddir. Təbii ki, 30 il müddətində Azərbaycan torpağına, insanına qarşı törədilən bütün zərərin qarşılığı verilməlidir.
Hələ II dünya müharibəsində Almaniya faşizmi məğlub edildikdən sonra bu ölkənin üzərinə böyük kompensasiya təzminatı qoyuldu. Onu illər ərzində Almaniya xalqının, dövlətinin büdcəsindən ödədilər. Çünki bu xalq da, dövlət də törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. İndi Ermənistan Azərbaycana verəcəyi təzminatı öz büdcəsindən, xalqın vergisindən toplayıb verəcək, özü bilər. Təzminat ödənməlidir. Bizim torpaqlarımızı dağıdıb, insanlarımızı öldürərkən onun cəzasını, bədəlini ödəyəcəklərini də düşünməli idilər.
- Azərbaycanda müharkimə olunan ermənilərin beynəlxalq müdafiəçiləri onları məsuliyyətdən qurtara bilər?
- Bu gün Beynəlxalq Ədalət Məhkəməsində bəzi işlər gedir. Biz onları məhkəməyə vermişik, onlar da bizi. Düzdür, beynəlxalq məhkəmələrdən bir o qədər ədalət gözləmirik. Biz erməni cinayətkrları üçün Nürünber tribunalı kimi bir tribunalın qurulmasını tələb edirdik, ancaq bunu etmədilər. İndi biz o məhkəmələri özümüz qururuq. Artıq neçə nəfər separatçı başçı tutulub, onlar mühakimədən yayına bilməyəcəklər. Onların bəziləri haqqında artıq həbs-qətiimkan tədbiri seçilib. Qatı düşmənçilik mövqeyində olan Fransanın özündən belə onların mühakiməsinə qarşı etiraz edildiyini eşitmədik. Düzdür, sözdə “etnik təmizləmə” deyirlər, ancaq xunta rejimini müdafiə etməyə cürətləri çatmaz.
Həm də hansı ölkənin ərazisində cinayət törədiblərsə, cinayətkarlar həmin ölkənin qanunları ilə də məsuliyyət daşıyırlar. Azərbaycanın Qarabağ üzərində beynəlxalq yuridiksiyası var. Vardanyan, yaxud kim olursa olsun, bizim ərazilərdə törətdiyi cinayətlərə görə həbs olunublarsa, məsuliyyətə də cəlb ediləcəklər. Buna görə heç kim bizə heç nə deyə bilməz. Çünki həmin o Avropa, həmin o Qərb ölkələri öz təhlükəsizliyinə qarşı kiçik təhlükə yaradan şəxsləri belə gedib başqa-başqa qitələrdə həbs edirlər. Bizim öz ərazimizdə cinayətkarı tutmağımıza kimsə etiraz edə bilməz. Onların bizi ittiham etmək üçün gətirə biləcəyi arqumentlər bəri başdan puç oldu.
- Qarabağda müşahidə olunan erməni köçü Ermənistandakı vəziyyəti hansı həddə qədər dəyişə bilər?
- Mən Ermənistan mediasını izləyirəm. İrəvan küçələrində Qarabağdan gedənlərə II sort adam kimi baxırlar. Hətta sosial şəbəkədə yayılmışdı ki, İrəvanda Qarabağdan köçənlərin əşyaları oğurlanır. Qarabağdan köçən ermənilərə qarşı Ermənistanda bir ksenafob münasibət, ayrıseçkilik var.Bu münasibət tarixən belə olub. Nə qədər paradoksal səslənsə də, onlar Qarabağda Azərbaycan mədəniyyətinin, yumşaq gücünün təsiri altında olduqları üçün dəyişiblər.
Digər tərəfdən, Qarabağdan köçüb gedən daşnaq ideologiyası ilə başları yuyulmuş ünsürlər Ermənistanda vəziyyəti çalxalamağa cəhd edə bilər. Nikol Paşinyan özü həmişə deyirdi ki, Qarabağ klanı ən cinayətkar klandır. İndi o cinayətkar klanı Qarabağ ərazisindən Ermənistana yola saldıq. Hara gedəcəklərini, necə yaşayacaqlarını özləri bilər.
Bu gün Ermənistan cəmiyyətində günahkar keçi axtarışına başlanıb. Hamı bir-birini satqın adlandırır, hamı bir -birinə qarşı ittihamlar səsləndirir. Bu vəziyyət ermənilərin özlərinin 30 il ərzində Azərbaycan ərazilərində apardıqları siyasətin nəticəsidir. Ermənistan Türkiyə kimi, NATO-nun ikinci ölkəsinə qarşı ərazi iddiası irəli sürən axmaq dövlətdir.
- Ermənilərə havadarlıq edənlər bundan sonra hansı təsir metodlarını işə salacaqlar?
- Heç nə edə bilməzlər. Yalnız BBS, SNN kimi nəşrlərdə qarayaxma kampaniyası aparacaqlar. Ancaq buna imkanları yetir. Azərbaycan Türkiyə ilə birlikdə yeni geopolitik reallıq yaradıb. Fransanın nəsə edə biləcəyi, nəzəri cəhətdən mümkün deyil. Avropa Parlamenti də bizə qarşı bir kağz parçası qəbul etmişdi. Çünki regionda nəsə eləmək mümkün deyil. Ermənilərin “Gardian”da çap elədiyi məqalələrin də bizə heç bir təsiri olmayacaq. Çünki haqq bizim tərəfdədir.
- Mövcud reallıqda Rusiyanın mövqeyi nədir?
- Ermənistan siyasətçiləri bu gün daha çox Rusiyanı ittiham edirlər. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik və digər əməkdaşlıq sənədləri var. Rusiya Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qarşı heç bir bir arqument gətirə bilməz və gətirməsi də doğru olmaz. Düzdür, bölgədə rus sülhməramlıları var və sazişə əsasən 2025-ci ilə qədər qalmalıdırlar. Ancaq bunun bizim antiterror əməliyyatlarını keçirməyimizə heç bir maneəsi yox idi. Hətta Rusiya kütləvi informasiya vasitələrində də Azərbaycanın haqlı işi ilə bağlı xüsusi etiraz elementi görünmədi. Bəzən qatı ermənipərəstlər belə öz fikirlərini dəyişiblər. Çünki görüblər Ermənistanın apardığı siyasət regionda balansı pozur. Ermənistan regiona yeni elementlər təqdim eləmək istəyir. Gah Avropa missiyasının regiona daşıdı, gah ABŞ-la hərbi təlimlər keçdi və sair. Ona görə də Rusiyanın bugünkü maraqları daha çox Azərbaycanın ərazi bütövüyünün möhkəm olmasını, regional əməkdaşlığın daha da güclənməsini tələb edir. Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması Rusiya üçün daha xeyirlidir, nəinki, Qərbin əlində maşaya çevrilmiş Ermənistan. Rusiya özü belə artıq bu lazımsız erməni ritorikasından bezib. Sanki Rusiyanın hakiminyyəti də -“erməniləri regiona köçürmüşük, Ermənistan qurmuşuq, bunların qayğısına qalmalıyıq” deyə, 200 il ərzində ermənilərin asılılığında idilər. Ermənilər I dünya müharibəsində necə Osmanlı İmperiyasınaı satdısa, indi də Rusiyanı satdı. Ona görə də Rusiya çox gözəl başa düşür ki, çıxış yolu Azərbaycan və Türkiyə ilə dost-müttəfiqlikdən keçir.
- Mövcud vəziyyətə əsasən Zəngəzura gedən yolumuz açılırmı?
- Əminəm ki, Zəngəzur yolu açılacaq. Paşinyanın bununla bağlı öhtəliyi var. Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambeyasında “Zəngəzur açılmalıdır”-söylədi. Prezdent İlham Əliyev çıxışlarında dəfələrlə Ermənistanın Zəngəzur yolunun açılması ilə bağlı götürdüyü öhtəliyi xatırladıb. Ermənistan bunu etməsə, özünü təcrid edəcək və getdikcə ağır dürüma düşəcəkdir. Dünya yollar, karidorlar, şəbəkələrlə bir-birinə açılır, inkişaf edir. Bu gün Azərbaycan fəxr edir ki, şərq-qərb şimal-cənub yollarının üzərində yerləşir. Ermənistan da dünyaya açılmalıdır. Onların yeganə inkişafı Azərbaycanla Türkiyə ilə karidorların açılmasından keçir. Bunu etməsələr, Ermənistanın rəzil imici davam edəcək.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"