"Onların həbsinin Rusiyanın ermənilərə xəyanəti kimi istifadə ediləcəyi şübhəsizdir"

15:30 05-10-2023 | icon 513 | Siyasət
"Onların həbsinin Rusiyanın ermənilərə xəyanəti kimi istifadə ediləcəyi şübhəsizdir"

Vüqar Dadaşov: “Separatçı liderlərin həbsi Azərbaycan üçün böyük siyasi nəticələr yaradacaq”

 

“2020-ci il Vətən müharibəsi zamanı oktyabrın 3-dən 4-nə keçən gecə Gəncəni və cəbhə bölgəsindən xeyli uzaq Azərbaycanın digər dinc şəhərlərini ballistik raketlə vurma əmri həmin dövrdə separatçı rejimin “prezidenti” olmuş Araik Arutyunyanın məhz 2023-cü ildə oktyabr ayının 3-də həbs edilərək bir “sürü prezidentlərlə” Bakıya gətirilməsinin psixaloji və həm də simvolik mənada Azərbaycana qarşı hazırlanan “şəxlərə” bir dərs, ibrət nümunəsidir. “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyan layiq olduqları cəzanı almaq üçün Bakıya gətirilib. Sözsüz ki, əli Azərbaycan xalqının qanına bulaşmış sülh və insanlıq əleyhinə qarşı və eləcə də müharibə cinayətləri törətmiş cinayətkarların son nəfərinə kimi həbsi davam edəcək. Sözsüz ki, əsir düşmüş Azərbaycan əsgəri Natiq Qasımovun inadını, vətənə, bayrağına sevgisini qıra bilməyən qatili Vitali Balasanyan da həbs ediləcək”.

 

Versus.Az xəbər verir ki, bunu hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov Qarabağda “məskən salan” separatçı rejimin rəhbərlərinin həbs edilməsinin ortaya qoyduğu gerçəklik və bunun dünya ictimaiyyəti qarşısında hansı faktların təsdiqi kimi əhəmiyyətini şərh edərkən bildirib.

 

V.Dadaşov həbs olunan separatçıların siyahısına xüsusilə diqqət çəkib:

 

“Qarabağdakı separatçı rejim təslim olub, özünü buraxdıqdan sonra separatçıların "lider"ləri bölgədən qaçaraq özlərinin xilas etməyə çalışdılar. Qarabağda separatçı rejimin “Dövlət naziri” olmuş Ruben Vardanyan həbs edildikdən sonra "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim oldu. Ardınca separatçı rejimdə yüksək vəzifə sahibləri, “generallar” Davit Manukyan, Levon Mnatsakanyan həbs edilərək Bakıya gətirilir. Sonra Azərbaycan xalqını üçün xüsusi əhəmiyyətə malik Qarabağda separatçı rejimin saxta “prezident”ləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyanın həbsidir”.



Ekspert bildirib ki, regionda proseslərin inkişaf tempi Azərbaycanın Qarabağda separatçı rejimə qarşı antiterror əməliyyatlarına başlayacağını vəd edirdi. Gözlənilən əməliyyatlara da Rusiyanın xüsusi planlarının olduğu inkar edilmir. Rusiyanın istəyi Azərbaycanın sentyabrın 19-da başladığı “lokal antiterror tədbirləri”nin Qarabağ hüdudlarından çıxması və Ermənistanın da Azərbaycana qarşı hərbi əməliyyatlara başlaması idi. Sentyabrın 19-na kimi Ermənistanın və eləcə də Azərbaycanın öz sərhədlərinə ordu hissələrini cəmləşdirməsi Rusiyanın istədiyi o variantının mümkünlüyünü göstərən faktdır:

 

“Əlbəttə ki, Azərbaycan Ermənistanla növbəti hərbi toqquşmada maraqlı deyildi və istəyi öz ərazisində nail olduğu erməni separatizmin məhvi idi, ancaq mümkün bütün variantlara da hazırlıq görmüşdü. Kreml hakimiyyətinin Azərbaycanın sentyabrın 19-da başladığı “lokal antiterror tədbirləri”nə xüsusi planın olduğunu hətta rusiyalı ekspertlər də qeyd edib. Politoloq Stanislav Belkovski “Kreml son hadisələrlə bağlı hesablamalarında Ermənistanın öz silahlı qüvvələri ilə Qarabağa müdaxilə edəcəyini düşünürdü ki, bu da Azərbaycana Ermənistan ərazisinə girmək üçün hüquqi imkan verəcəkdi. Kremlin hesablamaları özünü doğrultmadı. Rusiya isə Ermənistanı itirdi. Bütün hekayə budur. Biz iki yüz ildən sonra Cənubi Qafqazı itirdik”.

 

V.Dadaşov faktlara əsasən bildirib ki, Ermənistan Qarabağa müdaxilə etməklə Azərbaycana qarşı hərbi əməliyyatlara başlanması Azərbaycan silahlı qüvvələrinin ən azı Ermənistan ərazisində hərbi hədəflərinin məhv edəcəyi ilə paralel olaraq hərbi əməliyyatların Ermənistan ərazisinə keçirilməsini mümkün edirdi. Onun sözlərinə görə, bu halda Ermənistan özünün xilası üçün faktiki Rusiyadan asılı vəziyyətə düşürdü və sözsüz ki, Rusiya bu vəziyyətdə Ermənistanla bağlı mövcud problemlərini həll etmək imkanı qazanırdı:

 

"Ancaq Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 19-da “Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil”- deyə çıxış edərək faktiki Rusiyanın planlarını pozmuş oldu. Azərbaycan prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev 20 sentyabrda “lokal antiterror tədbirlər” nəticəsində Qarabağdakı separatçı rejimin təslim olmasından sonra xalqa müraciətində “Ermənistan bu dövr ərzində - dünən, bu gün - deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib”.

 


V.Dadaşov Ermənistanda və Azərbaycanda maraq doğuran “Rusiya niyə illərlə ona xidmət etmiş erməni separatçı liderləri Qarabağdan çıxarmadı” sualına aydınlıq gətirib:

 

“Rusiya Qarabağdakı öz separatçı “nökərlərinə” məcburiyyətindən kömək edə bilmədi. Əgər Ermənistan Qarabağdakı separatçı liderləri qəbul etməyə hazır olsaydı, Rusiya mütləq həmin separatçı liderləri Ermənistana təxliyə edə bilərdi. Ancaq Paşinyan Qarabağ separatçılarını onun hakimiyyətinə təhlükə bildiyindən, Rusiyanın belə bir planının olduğundan xəbərdar olduğu üçün separatçı liderlərin Ermənistan ərazisinə təxliyəsinə imkan vermədi. Nikol Paşinyanın separatçı liderlərə yiyə çıxmamasının vacib səbəblərindən biri də separatçı liderlərin Azərbaycan tərəfindən həbsindən sonra, separatçılardan əldə ediləcək məlumatlara əsasən Rusiya ilə Azərbaycanı üz-üzə qoymaqdır. Hərçənd ki, Rusiyanın Qarabağda separatizmin yaranması və saxlanması üçün əvəzsiz “xidməti” Azərbaycana bəlli faktdır, ancaq “prezidentlər”dən tutarlı sübut və dəlillərin əldə edilməsi Azərbaycan – Rusiya münasibətlərinə köklü təsir etməsi mümkündür. Bu variant həm də Qərbin planlarına uyğun Rusiyanın sıxışdırılması və Cənubi Qafqazdan daha tez çıxarılmasına əlavə güc verə bilər. Eyni zamanda da düşünülə bilər ki, Rusiya Qarabağdakı cinayətkar erməni separatçı liderləri öz ərazisinə və ya üçüncü ölkə ərazisinə keçirə bilərdi. Sözsüz ki, Rusiya onunçün həyati əhəmiyyət daşıyan Azərbaycan və Türkiyə birliyinə qarşı çıxa bilməzdi. Həm də Rusiya Qarabağ separatçılarının təslim olması prosesində müşahidəçi kimi iştirak etsə də, separatçı liderlərin amnistiyası barədə razılıq əldə edə biləcəyini güman edirdi. Ancaq Azərbaycan dövlətinin qəti və sərt iradəsi separatçı cinayətkarları cəzasından xilas olmağa imkan vermədi”.


Ekspert eyni zamanda qeyd edib ki, Ermənistanda Paşinyan iqtidarının bütün fəaliyyəti faktiki olaraq ilk gündən anti Rusiya xarakterlidir və Rusiyanın Ermənistandan çıxarılması məqsədi daşıyır. Onun sözlərinə görə, Qarabağdakı ləğv edilmiş keçmiş separatçı liderlərin həbsi ədalətin bərpası kimi, hüquqi əhəmiyyətə malik olmaqla, ən əsası Azərbaycan üçün böyük siyasi nəticələr yaradacaq. Paşinyan hakimiyyətinin separatçı liderlərin həbsindən həm Ermənistandaxili və həm də Rusiyanın ermənilərə xəyanəti kimi istifadə edəcəyi şübhəsizdir.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...