"Fransa Ermənistan üzərindən Cənubi Qafqaza soxulmağa çalışır"

16:30 05-10-2023 | icon 314 | Siyasət
"Fransa Ermənistan üzərindən Cənubi Qafqaza soxulmağa çalışır"

Aydın Hüseynov: “Paris güc mərkəzinin Azərbaycan yox, Ermənistan olmasını istəyir, amma...”

 

“Bəzən elə təsəvvür yaranır ki, Fransa ermənilərə olan misilsiz sevgisindən Ermənistanı bütün mənalarda dəstəkləyir, başqa dövlətlərlə münasibətləri korlayır. Əlbəttə ki, burada başqa niyyətlər var. Fransanın bütün oyunlarının kökündə, əsasında müstəmləkəçilik siyasəti, imperializm xisləti, başqa ölkələri yağmalamaq istəyi dayanır”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov Fransanın anti-Azərbaycan siyasəti ilə bağlı açıqlamasında bildirib.

 

A.Hüseynov bildirib ki, Fransa Ermənistan üzərindən Cənubi Qafqaza soxulmağa çalışır.

 

“Makronun komandası Fransanın Afrikadakı fiaskosunu bizim bölgəmizlə kompensasiya etməyə çalışır. Paris Rusiyanın zəiflədiyini düşünür və fürsətdən istifadə edib Ermənistana yerləşmək siyasəti yürüdür. İrəvanla Moskvanı bir-birinə düşmən edən də Fransadır. Amma Rusiyanın bölgədən asanlıqla çəkiləcəyini düşünmək sadəcə, sadəlöhvlükdür. Fransa da bunu bilir və apardığı siyasətə digər müttəfiqlərini də şərik edir. ABŞ-ın regional siyasətinin arxasında da bu niyyətlər gizlənib. Fransanın Qarabağ münaqişəsində Ermənistanın yanında durmasının bir səbəbi də xristian təəssübkeşliyidir”.

 

Deputat qeyd edib ki, Paris Cənubi Qafqazda güc mərkəzinin Azərbaycan yox, Ermənistan olmasını istəyir və buna çalışır. Halbuki, Ermənistanın bu status daşımağa heç bir imkanı yoxdur:

 

“Diqqət edin, Makronun rəhbərlik etdiyi Fransa II Qarabağ müharibəsinin gedişi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı dinləmələrin keçirilməsinə və ölkəmizə qarşı sanksiyaların tətbiqinə çalışırdı. Azərbaycanın apardığı ağıllı və düşünülmüş siyasət nəticəsinə daha iki oxşar hadisənin də qarşısı müvəffəqiyyətlə alındı. Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmadı, haqq işimizi dəstəkləyən dost ölkələrin sayəsində Fransanın çirkli oyunları pozuldu”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...