"Əməlləri müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırılmalıdır"

17:00 05-10-2023 | icon 355 | Siyasət
"Əməlləri müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırılmalıdır"

Rəşad Bayramov: “Hər birimizin üzərinə böyük vəzifələr düşür”

 


“Separatçı rejimin rəhbərlərinin həbsi "heç bir cinayət cəzasız qalmayacaq" -gerçəkliyini ortaya qoyur”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Qarabağda həbs olunan separatçı rəhbərlərin cinayət əməlləri ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq qeyd edib ki, həbs olunan separatçıların hər birinin ayrı-ayrı cinayətlərdə əllərinin olduğu faktlarla sübut olunur:

 

"Ermənilərin cinayətkar fəaliyyəti təkcə hər hansı rejimə rəhbərlik etmələri ilə bitmir. Bunların əli Azərbaycan əsgərinin, mülki Azərbaycan vətəndaşının qanına batıb. Bunlar ərazilərimizdə terrorçu qrupun yaradılmasında, narkotik plantasiyalarının salınması və alveri ilə məşğul olan şəxslərdir".


Ekspert hesab edir ki, bu şəxslərin cinayətləri ilə bağlı yerli ictimaiyyətə ətraflı məlumatlar verilsə də, dünya ictimaiyyətinin diqqətinə çatdıra bilmirik:

 

“Bu gün dünyanın bildiyi məlumat hansısa qurum rəhbərlərinin həbsi ilə bağlıdır. Amma bunların hansı cinayətləri və necə qəddarlıqla həyata keçirmələri, Araik Arutunyanın Gəncənin bombalanması ilə bağlı verdiyi vido-müsahibələr və sair hərəkətləri ilə bağlı məlumatları yoxdur və biz bu sahədə uduzuruq”.

 

Politoloq hesab edir ki, separatçıların cinayət əməlləri müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırılmalıdır:


“Bu məlumatlar dünyada yayılmalıdır ki, ərazilərimizin necə qatı cinayətkarlardan təmizlədiyini anlasınlar. Eləcə də bizim sərhəd buraxılış məntəqəsindən keçən insanların sayını dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Bu çox vacibdir. Çünki Qarabağda olan ermənilərin sayı, ərazilərimizdə hansısa soyqırım aktının törədilməsi ilə bağlı manipulyasiyalar edilir. Beynəlxlaq təşkilatlar hələ də hadisənin mahiyyətini, nə baş verdiyini dərk etmədən antiterror tədbilərinin dayandırılmasını, Qarabağın blokadadan çıxarılmasını tələb edir. Bütün bunlar onu göztərir ki, biz hələ də həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdıra bilməmişik. Hər birimizin üzərinə böyük vəzifələr düşür. Diaspor təşkilatlarının fəallığı təmin edilməli, dövlt, ictimai-siyasi təşkilatların iştirakı ilə kompleks tədbirlər keçirilməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq