Həkimlər reseptləri yeni qaydada YAZACAQLAR

13:47 05-10-2023 | icon 389 | Sağlamlıq
Həkimlər reseptləri yeni qaydada YAZACAQLAR

“Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur.

 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, bəzi dərman vasitələrinin apteklərdən buraxılması yalnız resept əsasında həyata keçirilə bilər.

 

Qeyd edilib ki, bu cür dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir:

 

“Həmçinin “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar”.

 

Vurğulanıb ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aptek təşkilatlarında müvafiq yoxlamalar aparılır:

 

“Yoxlamalar zamanı dərman vasitələrinin buraxılması, xüsusən resept əsasında buraxılan dərman vasitələrinə dair ciddi nəzarət tədbirləri həyata keçirilir. Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür. Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, düzgün yazılmayan reseptlərlə qarşılaşacaqları təqdirdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin qaynar xətt nömrələri, mərkəzin “Bir pəncərə” sektoru və ya www.pharma.az saytının “Müraciət” bölməsi vasitəsilə şikayət edə bilərlər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə ÇEVRİLDİ