İsrail-Fələstin toqquşması siyasilərimiz TƏHLİLİNDƏ

10:00 16-10-2023 | icon 964 | Geopolitika
İsrail-Fələstin toqquşması siyasilərimiz TƏHLİLİNDƏ

“Azərbaycanın dövlət mövqeyi neytraldır”

 

Fələstin Həmas təşkilatının İsrailə hücumu birmənalı qəbul edilmir, region üçün yeni təhlükə mənbəyi kimi təhlil edilir.

 

İsrail-Fələstin toqquşması nə vəd edir və burada “Azərbaycanın movqeyi necə olmalıdır”-sualının cavabı bir çox nüansları ilə diqqəti çəkir.

 

Deputat Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan uzun müddət terrordan əziyyət çəkən bir ölkə kimi terrorun bütün növ təzahürlərini pisləyir və qəbul etmir. Onun fikrincə, Həmasın İsrailə hücumu nəticəsində dinc əhalinin ölməsi faktı terrorun nəticəsindir və qəbuledilməzdir.

 

Deptat qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn, haqqın, ədalətin yanında olduğuna gərə münaqişənin ədalətlə, sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ona görə də heç bir halda hər hansı bir hüquqi tələbin terror vasitəsi ilə realizə edilməsinə bəraət qazandrıla bilməz:

 

“Azərbaycanla İsrail qarşılıqlı tərəfdaşlığa, əməkdaşlığa söykənən dost ölkələrdir. Çox etibarlı münasibətlər formalaşdırılıb. Ona görə də İsrailə qarşı terror aktları heç bir şəkildə bəraət verilə bilməz. Baş vermiş bu qanlı toqquşma qısa zamanda etibarlı sülhlə nəticələnməlidir. Çünki dünya o qədər qısalıb ki, dünyanın bir yerində baş verən toquşma digər yerlərə də təsir edir”.

 

Siyasi ekspert Cəmaləddin Quliyev Azərbaycanın həm ərəb ölkələri, həm də İsraillə yaxın dostluq, əməkdaşlıq əlaqələrinə sahib olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, Azərbaycan Fələstinin müstəqil dövlət olması ideyasını qəbul edir, BMT-nin üzvü kimi həmin təşkilatın bu yöndəki qətnamələrini dəstəkləyir.  Eləcə də həm Azərbaycanın xarici işlər naziri, həm Prezident tərəfindən Fələstənin müstəqil dövlət olma ideyasına dəstək verilib:

 

“1993-cü ildə Oslo sülh anlaşmasında əsası qoyulmuş “iki dövlət” ideyası dəstəklənib. Azərbaycan İƏT-in üzvü kimi Fələstinlə bağlı müvafiq qərarlar, qətnamələri dəstəkləyir.

Azərbaycan Fələstinə ən böyük humanitar yardım edən ölkələrdən biridir. Eyni zamanda 30 il Ermənistanla müharibə şəraitində yaşadığımız müddətdə İsrailin Azərbaycana verdiyi dəstəyi, xaricdə erməni lobbisinə qarşı çıxışlarının şahidiyik. İsrail Azərbaycan Ordusunun müasir silahlarla təhcizatında kömək oldu. Bilirik ki, müharibə edən tərəflərə silah verilməməsi ilə bağlı embarqolar qoyulmuşdu və bu, ABŞ, Rusiya tərəfindən pozulurdu. Belə bir fonda Azərbaycanın İsrail tərəfindən dəstəklənməsi bizim üçün taleyüklü, əhəmiyyətli idi.  Azərbaycan dövlət rəsmilərinin dediyi kimi Azərbaycan-İsrail əlaqələrinin görünən görünməyən tərəfləri var. Görünməyən tərəfinin daha dərindir.  Bunu, bu gün də bizə dost olmayan dövlətlərin kütləvi informassia vasitələri, ekspertləri, dövlət nümayəndələri tərəfindən bir qəbahət kimi hallandırılır”.

 

Ekspert hesab edir ki, İsrailin Qarabağ müharibəsində Azərbaycana dəstək olması fonunda ictimaiyyətin, xalqın İsrailin acılarını bölüşməsi təbiidir, normaldır. O, eyni zamanda qeyd edib ki, biz eyni zamanda Fələstin xalqının da müstəqil dövlət ideyasnı, Şərqi Qüds paytaxt olmaqla dövlət yaranmasını qəbul edirik. Ərəb ölkələri Azərbaycanın mühüm müttəfiqləridir. Bir çox ərəb ölkələri I Qarabağ müharibəsində ermənilərlə əlaqələrini məhdudlaşdırmışdı, hətta əlaqə qurmayan dövlətlər də var idi.

 

Bütün bunlarla yanaşı ekspert hesab edir ki, rəsmi, digər kanallarla verilən bəyanatlar, dəstək korreksiya edilmiş şəkildə ifadə edilməlidir:

 

“Bir hissə müsəlman olduğuna görə Fələstini, bir qism İsraili haqlı sayır. Xalqı, dövləti, dini aşağılayan ifadələrdən qaçılmalıdır. Biz bir tərəfin rəğbətini qazanmaq istəyərkən ikinci tərəfi də itirməməyə çalışmalıyıq”.

 

C.Quliyev digər bir məqama diqqət çəkib. Bildirib ki, İsraillə müharibə aparan tərəf bütün müsəlmanlar, hətta bütpərəstlər də deyil:

 

“Müharibəni yalnız və yalnız İranın dəstəklədiyi Həmas qruplaşması, digər marginal qruplar aparır. Fələstin Admnistrasiyası belə sonadək Həması dəstəkləmir və Fələstin Admnistrasiyası ilə Qəzzadakı hakimiyyəti ələ keçirmiş Həmas qrulaşması arasında anlaşılmazlıqlar vardır. İsmayıl Hanyanın Əlcəzirə kanalına müsahbəsini izləyirdim. Onlar açıq dyirdilər ki, hədəfləri İsraillə-Ərəb ölkələrinin yaxınlaşmasını pozmaqdır. Bu fakt nəzərə alınmalıdır. Bütün hallarda biz bu münaqişənin dinc yolla həllini arzulayırıq”.

 

Politoloq Turan Rzayev qeyd edib ki, İsrail-Həmas gərginliyində Azərbaycan tərəfi də narahat olan dövlətlərdəndir.

 

Onun sözlərinə görə, Azərbaycan digər münaqişələrdə olduğu kimi İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn prinsip və normalarına əsasən süh yolu ilə və ölkələrin ərazi bütövlüyü, qarşılıqlı şəkildə tanınmasında maraqlıdır:

 

“Azərbaycan məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Hətta belə bir açıqlama versəydi də, bunun neytral olacağı istisana edilmir. Azərbaycan heç bir münaqişənin tərəfi deyil və münaqişənin həllində beynəlxalq hüququ əsas götürür”.

 

Politoloq İsrailin bizim strateji müttəfiqimiz, tərəfdaşımız olduğunu vurğulayıb:

 

“İsarail 44 günlük müharibədə bizə dəstək olub, onunla silah sazişimiz, əməkdaşlığımız var. Amma bütün bunlara baxmayaraq Azərbaycan birmənalı şəkildə İsrailin tərəfini tutmur. Bu gün bizim İsraildə səfirliyimi varsa, Fələstində də nümayəndəliyimiz var. Fələstinin bu gün Azərbaycanda səfirliyi var. Azərbaycan İsarail-Fələstin məsələlərinə hər zaman bərabər şəkildə yanaşıb. Çünki nə qədər bizim tərəfdaşımız, müttəfimiz olsa da, Fələstinin də isalam faktoruna görə hər zaman Azərbaycanla münasibətləri normal olub. Bu baxımdan Azərbaycanın dövlət mövqeyi neytraldır”.

 

Politoloq Azərbaycan cəmiyyətində də birmənalı olmayan yanaşmaların mahiyyətinə diqqət çəkib:

 

“Əhalinin yarı hissəsi İsaraili dəstəklədiyi halda, yarı hissəsi Fələstini dəstəkləyir. Milliyyətçi kəsim İsraili dəstəklədiyi halda, dini mühafizəkar kəsim daha çox Fələstini dəstəkləyir. Bu baxımdan deyə bilərik ki, Azərbaycanda məsələyə yanaşma birmənalı deyil”. 

 

Politoloq hesab edir ki, Azərbaycanın məsələyə mövqeyi bundan əvvəl olduğu kimi, yenə də neytral olmalıdır. Çünki Fələstinlə bağlı nə qədər neqativ məsələlər olsa da, İsrail də bu məsələdə tam olaraq birmənalı şəkilfə haqlı deyil:

 

“İsrail də uzun müddətdir ki, genişlənmə siyasəti yeridir və bu siyasət çərçivəsində Fələstinin BMT tərəfindən qəbul edilən ərazilərində qanunsuz şəkildə məskunlaşmalar aparır. Və Qüdsün statusu tam olaraq bəlli olmadığı hada İsrail onu paytaxt elan elədi. Bütün hallarda Həmasın hücum etməsi və sivil vətəndaşlara qarşı silahlı insidentlər birmənalı şəkildə qınanmalıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...