Kişilərin DİQQƏTİNƏ

13:07 17-10-2023 | icon 289 | Cəmiyyət
Kişilərin DİQQƏTİNƏ

Atalıq məzuniyyətində ödəniş necə veriləcək?

 

Ölkədə atalıq məzuniyyəti verilsə də, analıq məzuniyyətində olduğu kimi buna görə ödəniş nəzərdə tutulmur. BMT isə kişilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilməsinin qanunvericiliyə salınmasını tövsiyə edib.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, hazırda bu proses ödənişsiz olduğu üçün təcrübədə heç bir kişi atalıq məzuniyyətinə görə müraciət etmir, çünki bu ailə büdcəsinə əlavə təzyiq yaradır.

 

Bəs ödənişli atalıq məzuniyyətinin verilməsi mexanizmi necə olacaq?

 

Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, ödənişli atalıq məzuniyyəti zamanı ödəniş iş yerindən veriləcək.

 

Ekspertlər isə hesab edirlər ki, bu neqativ hallara səbəb olacaq:

 

“Qadınlara doğuşa görə məzuniyyətə gedərkən bu vəsait Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Əgər kişilər üçün bu, işəgötürənin vəsaiti hesabına ödəniləcəksə, problemlər ortaya çıxa, bu da öz növbəsində ayrı-seçkiliyə səbəb ola bilər”.

 

Ekspert hesab edir ki, əksər xarici ölkələrin təcrübəsinə uyğun olaraq ödənişli atalıq məzuniyyətinə görə məbləği Dövlət Sosial Müdafiə Fondu verməli və ya bunun üçün əlavə fond yaradılmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq