Xankəndidə istiqamətləndirici yol nişanları YERLƏŞDİRİLİB

15:15 23-10-2023 | icon 300 | Qarabağ
Xankəndidə istiqamətləndirici yol nişanları YERLƏŞDİRİLİB

“İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Bərgüşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Köndələnçay, Quruçay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb və həmin stansiyalardan mütəmadi qaydada suyun temperaturu, onların qatılığı, pH, oksigenin miqdarı, elektrik keçiriciliyi, su sərfi və səviyyəsi barədə məlumatlar Milli Hidrometeorologiya Xidmətinin situasiya mərkəzinə ötürülərək təhlil olunur”.

 

Versus.Az xəbər verir ki, bunu Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

 

O bildirib ki, bununla yanaşı Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz edilmiş beş avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib:

 

“Suda və torpaqda radionuklidlərin təyini məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq çərçivəsində Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları ərazilərində quraşdırılmış 4 ədəd avtomatik radioekoloji stansiyadan mərkəzi serverǝ məlumatlar onlayn şəkildə ötürülərək təhlil olunur”.

 

Vüqar Kərimov qeyd edib ki, bərk məişət tullantılarının yerləşdirilməsi məqsədilə doqquz rayonda, eləcə də Xankəndi şəhərində müvəqqəti poliqon əraziləri müəyyən edilib, mina və partlamamış hərbi sursatlardan təmizlənib və istiqamətləndirici yol nişanları yerləşdirilib:

 

“Poliqon ərazilərində tullantıların qəbulu üçün müvəqqəti tullantı hücrələri qazılıb və modul tipli konteynerlər (ofis və yaşayış) quraşdırılıb. Xankəndi, Laçın, Füzuli və Şuşa şəhərləri, Zəngilan rayonunun Ağalı kəndi, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində bərk məişət tullantılarının gündəlik toplanması, daşınması və poliqonda basdırılması təmin edilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək