ŞƏHƏR GÜNLƏRİ Azərbaycanın yeni tarixinin TƏQDİMATIDIR

12:12 25-10-2023 | icon 850 | Siyasət
ŞƏHƏR GÜNLƏRİ Azərbaycanın yeni tarixinin TƏQDİMATIDIR

Könül İsmayılova: “Amma bu o demək deyil ki, biz o qara tarixlərimizi unudacağıq”

 

“Qubadlı Şəhəri Günümüz mübarəkdir. Nə xoş bizə ki, vaxtilə işğal günlərini hüzünlə andığımız o qara tarixlər qələbə tarixlərimizlə əvəzləndi. Artıq hüzünlü günlərimiz geridə qaldı”.

 

Versus.Az xəbər verir ki, bunu 25 oktyabr - Qubadlı şəhəri günü ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Prezident İlham Əliyevin Sərəncamına əsasən işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günlərinin təntənəli şəkildə qeyd olunduğunun sevincini bölüşən K.İsmayılova bu tarixlər, yəni 26 avqust - Laçın Şəhəri Günü, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 oktyabr - Füzuli Şəhəri Günü, 20 oktyabr - Zəngilan Şəhəri Günü, 25 oktyabr - Qubadlı Şəhəri Günü, 8 noyabr - Şuşa Şəhəri Günü, 20 noyabr - Ağdam Şəhəri Günü, 25 noyabr - Kəlbəcər Şəhəri Günü - hər il eyni təntənə ilə qeyd edilməyə davam edəcək.

 

K.İsmayılova vurğulayıb ki, amma bu o demək deyil ki, biz o qara tarixi unudacağıq:

 

“Əksinə, gəlcək nəslin tariximizi bilməsi üçün istər dövlət, istər cəmiyyət olaraq təbliğ olunan nə gərəkirsə edirik, etməliyik və edəcəyik də.

Bilirik ki, 1993-cü il avqustun 31-də Qubadlının ermənilər tərəfindən tamamilə işğalı fəsadsız ötüşməyib. Faktlara söykənərək xatırladım ki, rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınıb. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb”.

 

Siyasətçi xanım qeyd edib ki, həmin dövrlərdən başlayaraq Azərbaycan dünya dövlətlərini Ermənistanın bu haqsızlıqlarına göz yummamağa çağırsa da, səsini eşitmək istəmədilər:

 

 

 

“Nəhayətdə Azərbaycan dövləti Ermənistanın başlatdığı bu uzandıqca uzanan münaqişəyə özü son qoymaq qərarına gəldi. Budur, Qubadlı azaddır və öz sakinlərini yenidən bağrına basır. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun işğaldan azad eydiyi rayonlarımızın şəhər günlərində şəxsən iştirak edir və hər rayonda etdiyi çıxışlarında bütün işğal tariximiz barədə ətraflı məlumat verir. Fikrimcə, bu təkrar-təkrar səsləndirilən faktların özü dünyaya, işğalçı dövlətə və havadarlarına mesaj olduğu qədər də gəncliyimiz üçün canlı dərslikdir. Torpaqlarımız uğrunda canlarını qurban verən oğullarımızın şəhidliyi isə əminəm ki, hər bir gəncimizə örnək oldu”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...