MMP-yə yeni simalar GƏLİR
Müasir Müsavat Partiyasında (MMP) kadr dəyişikliklərinə başlanılır. Partiyanın rəhbər vəzifələrinə yeni simalar gəlir.
Versus.az xəbər verir ki, bu barədə MMP-nin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Qeyd edilir ki, Siyasi Partiyalar haqqında qanuna edilən dəyişikliklərdən sonra MMP-nin rəhbər strukturlarında yeniliklər ediləcək. Artıq bu yöndə partiyanın qərərgahında silsilə görüşlər başlayıb.
Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova MMP-nin Qadınlar Şurasına, partiyanın Bakı və rayon şöbələrinə sədr vəzifəsinə təyin ediləcək namizədlərlə görüşlər keçirir.
Davamlı görüşlərdə eyni zamanda siyasi gündəm müzakirə edilir, Azərbaycanın əldə etdiyi qələbələrdən danışılır və işğaldan azad edilən ərazilərimizdə görülən bərpa işləri haqqında fikir mübadiləsi aparılır.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"