Rus hərbçiləri Qarabağdan gedir, yoxsa “hərbi baza” qismində qalır?

16:05 01-11-2023 | icon 347 | Siyasət
Rus hərbçiləri Qarabağdan gedir, yoxsa “hərbi baza” qismində qalır?

"Qərbi Azərbaycanlıların qayıdışı ilə ermənilərin Azərbaycana qayıdışı paralel aparılmalıdır"

 

Erməni silahlı qüvvələri Azərbaycanın Zəngəzur, Qarabağ ərazilərindən çıxarılandan sonra region yeni reallıqlara uyğun olaraq yenilənmə prosesində irəliləməyə davam edir. Bu prosesdə paralel regionda tərəflər arasında sülhü, təhlükəsizliyi təmin etmək missiyası ilə Xankəndi, eləcə də işğaldan azad olunan digər ərazilərdə müvəqqəti yerləşən rus hərbi kontingentinin bundan sonrakı taleyi, fəaliyyətini harda və necə davam edəcəyi də istər-istəməz müzakirə obyektivinə düşür. Əgər Azərbaycan 44 günlük müharibə və ondan sonrakı lokal tədbirlərlə Azərbaycanı erməni silahlılarından öz gücünə təmizləyibsə və bu gün mülki əhali arasında qarşıdurma üçün hər hansı bir təhlükə yoxdursa, o zaman Rusiya sülhməramlılarının regionda sülhməramlı sifətində qalması nəyə lazımdır və bu məsələsinin necə həll olunacağı sualı açıq ortada.

 

Mövcud reallığa uyğun olaraq “rus hərbçiləri ərazilərimizdən nə zaman çıxacaq, yaxud, Rusiyanın Qarabağda hərbi baza yaradaraq qalması ehtimalı nə dərəcədədir” suallarına aydınlıq gətirməyə çalışdıq.

 

“Onların Xankəndidə qalmağının heç bir əsası yoxdur”

 

Siyasi ekspert Qulu Məhərrəmli hesab edir ki, məsələyə məntiqlə yanaşılarsa, bu gün Rusiya sülhməramlılarının Xankəndidə qalmağının heç bir əsası yoxdur. Çünki həmin bölgədə yaşayan ermənilər, azərbaycanlılar arasında yarana biləcək təhlükəni aradan qaldırmaq üçün rus hərbi kontingentinə heç bir iş qalmayıb.


Rus hərbi kontingentinin Qarabağa gələndən sonra birbaşa öz missiyası ilə məşğul olmadığını qeyd edən ekspert, bu missiyanın Azərbaycan tərəfndən uğurla həyata keçirildiyini vurğulayıb:

 

“Azərbaycan sərhədləri bağlayıb bölgəyə nəzarəti artırmasaydı, orda qanlı hadisələr baş verəcəkdi. Rus sülhməramlıları son hadisələrdə neytral mövqe tutdular. Bu, hadisələrin sürətli getməsini təmin etdi. Amma bundan sonra rus hərbi kontingenti orda necə qalacaq, hansı statusu daşıyacaq, nə işlə məşğul olacaq bu, qeyri-müəyyəndir".

 

Q.Məhərrəmli bildirib ki, Rusiya uzun illər himayə edib dəstək verdiyi, əvəzindən vuruşduğu Ermənistan tərəfindən Qərbə satılmasına baxmayaraq, bölgəni belə asanlıqla tərk etmək fikrində deyil:

 

"Rusiya hərbi kontingenti Qarabağda öz şəhərciklərini salıb, infrastruktur qurub. Rusiya hərbçilərinin 2025-ci ilə qədər Qarabağda qalmaqla bağlı planları var. Amma bu, Rusiyanı orada hərbi baza yaratması anlamına gətirə bilməz. Rusiyanın Ermənistandakı hərbi bazasına uyğun bir bazanı da Azərbaycanda yaradacağı hadisələrin gedişindən, hərbi- siyasi situasiyadan asılı olacaq. Amma hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi, Qərbin Rusiyaya əks münasibəti kontekstində bölgədə zəifləməsi fonunda Moskvanın Xankəndində hərbi baza yaratması mümükün olmayacaq. Rusiya müxtəlif adlarla hərbi kontingentinin ömrünü uzada bilər. Lakin hərbi baza böyük anlayışdır. Bu təkcə Rusiyanın istəyindən asılı deyil. Regionda gedən geosiyasi proseslər Rusiyanın Xankəndidə baza yaratması sualına özü cavab verəcək”.

 

“Bu, hər üç ölkənin birlikdə aparacağı müzakirələrin nəticəsindən asılı olacaq”

 

Siyasi ekspert Aydın Quliyev hesab edir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdakı sonrakı taleyinin necə olacağı məzmun və mahiyyət etibarilə heç də sadə məsələ deyil. Çünki rus hərbi kontingentin bölgəyə gəlişi 30 il davam eləmiş silahlı münaqişələrdən, diplomatlik çarpışmalardan, gərgin mübarizəlrədn sonra gerçəkləşib. Və rus hərbi kontingentin Qarabağa gəlişi bir gecənin içində baş verən məsələ olmadığı kimi, ona bir gecənin içində dərhal həll olunacaq məsələ kimi də baxmaq olmaz.

 

A.Quliyev bildirib ki, söhbət təkcə Rusiya sülhməramlı qüvvələrdən getmir. Regionda eyni zamanda Rusiya-Türkiyə Monitorinq Qrupu da var. Ekspert qeyd edib ki, 30 il erməni işğalından sonra, Azərbaycan Ermənistan münasibətlərində yeni reallıqların yaradılmasında Rusiya -Türkiyə monitorinq qrupu da çox aktiv rol oynayıb. Onun fikrincə, biz erməni təcavüzünün başa çatmasının nəticələrindən biri kimi, bölgədə rus hərbi kontingentinin, monitorinq qrupunun olmasını bir reallıq kimi qəbul etməli, bunun üzərində düşünərək nəticə çıxarmalıyıq.

 

Ekspert bu kontekstdə bildirib ki, rus sülhməramlılarının Qarabağdakı taleyi ən azı Rusiya, Türkiyə, Azərbaycan arasında aparılan müzakirələrdən sonra bəlli olacaq:

 

“Rus hərbi kontengentin ərazilərimizdə qalması formal olaraq 2025-ci ilin axırlarına qədər nəzərdə tutulub. 2025-ci ilin ortalarına yaxın Azərbaycan məsələ ilə bağlı mövqeyini bildirsə, sülhməramlılar ilin sonuna qədər Azərbaycandan getməlidirlər. Ancaq bu cür təsəvvürlər sadədir. Ona görə ki, Rusiya Azərbaycan münasibətləri yüksək səviyyədədir. Eləcə də Rusiya-Türkiyə münasibətləri rəvandır və üçtərəfli müqavilədə elə bir həll olunmamış probem yoxdur. Belə bir şəraitdə sülhməramlı və monitorinq qrupu ilə bağlı Azərbaycanın birdən birə kəskin qərar verməsi asan olmayacaq. Ona görə də bu, hər üç ölkənin birlikdə aparacağı müzakirələrin nəticəsindən asılı olacaq”.

 

A.Quliyev qeyd edib ki, rus hərbi kontingentinin digər missiyarından biri də ərazilərimizdə olan ermənilərin təhlükəsizliyinə və toxunulmazlığına təminatın yaradılması ilə bağlıdır:

 

“Nəzərə almaq lazımdır ki, biz erməni sakinlərini ərazidən qovmadıq, onlar hansısa bir planın tərkibi olaraq mütəşəkkil şəkildə yığışıb Azərbaycandan getdilər. Bu gün onların yenidən geri qaytarılması məsələsi var və Azərbaycan da buna qarşı etiraz etmir. Amma Qərbi Azərbaycanlıların öz yurdlarına, indiki Ermənistana qayıdışı ilə ermənilərin Azərbaycana qayıdışı paralel aparılmalıdır. Belə bir şəraitdə rus sülhməramlılarının bizim ərazilərdə qalışı üçün son müddəti müəyyən etmək də çətindir. Ona görə ki, erməni əhalisinin Azərbaycana qayıdış şərtləri tam aydınlaşmalıdır. Düşünürəm ki, Rusiya hərbi kontengentin çıxışı məsələnin müzakirəsinə hazır deyil. Amma bəlli olan odur ki, bu missiyanın taleyi barədə qərar verəcək ölklərin sırasında Ermənistan yoxdur”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...