“Laçın füsunkar təbiətinə uyğun şəkildə abadlaşdırılıb”

10:40 22-11-2023 | icon 398 | Cəmiyyət
“Laçın füsunkar təbiətinə uyğun şəkildə abadlaşdırılıb”

Könül İsmayılova: “Ata yurdum Laçına üz tutan köç karvanları bizlərdə bir kövrəklik yaratsa da...”

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, “Qarabağa böyük qayıdış” prosesi çərçivəsində yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 20-də rayonun Zabux kəndinə daha 25 ailə - 91 nəfər köçürüldü.

 

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3" yaşayış kompleksindən Zabux sakinləri kəndə yola salınıb.

 

Qeyd edək ki, bundan iki gün öncə-noyabrın 18-də Zabuxa daha 25 ailə - 103 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.

 

Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

 

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

 

Əslən Laçından olan MMP-nin Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova açıqlamasında hər kəsin gözlədiyindən daha sürətlə Laçında bərpa prosesinin getdiyini söylədi:

 

“2023-cü ili başa vurmaqdayıq. İlimiz uğurlarımızı, qələbələrimizi, şəhər günlərimizi qeyd etməklə zənginləşdi. Qarabağa qayıdış prosesi isə bu zənginliyə bir başqa gözəllik qatır. "30 il bir igidin ömrüdür", - deyə bir deyim var. Çox həsrət qaldıq, çox vətəndən uzaqda boynubükük qaldıq. Amma əminəm ki, hər birimizin ürəyində öz torpağına qayıdacağı günün həmişə ümidi olub. Artıq o ümidlər gerçəkləşib - yurdumuza, el-obamıza qayıdırıq. Ata yurdum Laçına üz tutan köç karvanları bizlərdə bir kövrəklik yaratsa da, bu kövrəklik xoşbəxtliklə sözün əsl mənasında bərq vurur. Son vaxtlar Laçın şəhər mərkəzinin, Zabux və Sus kəndlərinin bərpa prosesinin sürətlə həyata keçirilməsi nəticəsində əhalinin geri qaytarılması ardıcıl şəkildə davam edir. Bu fonda Laçının bərpa prosesi gözlədiyimizdən də artıq sürətlə davam edir. İnsanların geri qayıdışı ilə Laçında hər şey öz məcrasına dönüşür. Laçının böyük strateji əhəmiyyəti ondan ibarətdir ki, rayon sərhəddə yerləşir. Qayıdış prosesinin sürətlə həyata keçirilməsi və insanlarımızın rayonda sürətlə formalaşması düşmən tərəfə açıq-aşkar mesaj verir ki, bu yerlərin daimi sakinləri qayıdıblar, azərbaycanlılar artıq sərhədlərdə möhkəmlənir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçında quruculuq işlərinin həyata keçirilməsi göstərir ki, Azərbaycan dövləti həm sərhədlərdə, həm də Qarabağda apardığı bərpa-quruculuq işlərini təsadüfi proses olaraq həyata keçirmir, nə etdiyini bilir. Düşünürəm ki, bundan sonrakı müddətdə ölkə rəhbərinin siyasi iradəsi, Azərbaycan dövlətinin imkan verdiyi iqtisadi güc və eyni zamanda Azərbaycan xalqının illərlə gözlədiyi bu proses sürətlə davam edəcək və insanlar öz ata-baba yurdlarına köçərək daimi yaşayacaqlar".

 

K.İsmayılova Laçına köçürülən məcburi köçkünlərimizin özlərini çox təhlükəsiz hiss etmələrindən də söz açdı:

 

“Onu da qeyd edim ki, Laçına köçən tanıdığım insanlardan Laçınımızla bağlı xoş məlumatlar alıram. Özlərini müasir Laçında çox rahat, təhlükəsiz hiss etdiklərini deyirlər. Övladlarının yenidən bərpa edilmiş, standartlara uyğun qurulmuş 2 saylı tam orta məktəbdə təhsil almasını elə sevinclə danışırlar ki. Axı bir zamanlar bu məktəbdə onların özləri şagird olub. Bu gün isə övladları bu məktəbə cığır salır. Orada tədris edən müəllimlərdən tanıdıqlarım da var. Həmin müəllimlərin bəzilərinin valideynləri vaxtilə bu məktəbdə müəllim olublar. Qürurverici deyilmi?

Söhbətlərindən doyulmur Laçındakı laçınlılarımızın. Söylədiklərindən aydın görünür ki, Laçın füsunkar təbiətinə, gözəliyinə uyğun şəkildə abadlaşdırılıb və bu proses davam edir. Evlərin tikilməsi, infrastrukturun qurulması - işıq, qaz, su xətləri, yollar çəkilir, bir sözlə, hər bir iş elə nizam-intizamla aparılır ki, narazılığa səbəb olmur. Təbii ki, hər bir işdə müəyyən problemlər, əngəllər də yaranacaq. Amma zamanla iradəmizdən asılı olmayaraq yaranan bütün neqativlər çözüləcək, həlli yolunu tapacaq. Heç bir qaragüruhçu qüvvə bizim Qarabağla bağlı qələbəmizə, uğurlarımıza kölgə sala bilməz". /Yeni Müsavat/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq