Ürək ağrısı ilə sinir ağrısının fərqi

09:30 13-12-2023 | icon 407 | Sağlamlıq
Ürək ağrısı ilə sinir ağrısının fərqi

Döş qəfəsinin arxasında ağrı təhlükəli simptomlardan biridir.

 
 
Kardioloq Anna Çuqunnikova sinədə və döş qəfəsi arxasındakı ağrının fərqini izah edib.
 
 
“Çox zaman döş qəfəsində ağrının səbəbi ürək-damar xəstəlikləri - stenokardiya, infarkt, miokardit), ağciyər xəstəlikləri (bronxit, pnevmoniya), eləcə də mədədən olur.
 
 
Daxili orqanla bağlı olmayan və az təhlükəli səbəb isə nevralgiyadır – onurğa, ostexondroz, əzələ iltihabı və s.
 
 
Eləcə də panik atak və sinir xəstəliklərində döş qəfəsindən kəskin ağrı tuta bilər.
 
 
Qabırğalararası nevralgiya – onurğanın döş qəfəsi bölgəsinin degenerativ dəyişikliyidir. Bu zaman sinirlər qabırğalar arasında sıxılır.
 
 
Belə ağrı döş qəfəsinin önünə yayılıb, ürək ağrısını, tutmasını xatırlada bilir.
 
 
Nevralgiyanın səbəbi – fiziki yüklənmə, narahat döşək, oturaq iş, soyuq, infeksiya, sinir sıxılması ola bilər.
 
 
Ürəklə bağlı ağrı isə işemik xəstəlik zamanı olur, bu zaman ürək əzələsi zədələnir, ürəyin qan axını zəifləyir.
 
 
Nevralgiya ilə ürək ağrısı çox oxşardır.
 
 
Döş qəfəsində diskomfort zamanı ağrının konkret yeri, müddəti və xarakterinə fikir vermək lazımdır.
Əgər ağrı qısa müddət çəkir, hərəkət zamanı artır, kəsicidirsə və sakit halda səngiyirsə, bu, nevralgiya ola bilər. Yanaşı olaraq, təngnəfəslik, baş ağrısı, tərləmə varsa, ürəkdir.
 
 
Stenokardiya zamanı sanki döş qəfəsində ağırlıq, təzyiq, sıxılma olur. Ağrı sol qola, boyuna, çənəyə yayılır.
 
 
Stenokardiya tutması dərman qəbulundan sonra dərhal kəsir.
 
 
İnfakrkt zamanı ağrı çox güclü olur, 20 dəqiqə çəkir, xəstədə ölüm qorxusu, tərləmə, təngnəfəsılik, ürəkbulanma, qarında ağrı və s. olur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Ermənistan və bir sıra xarici ölkələrin mediasında Azərbaycanla bağlı YALAN MƏLUMATLAR