Bu dilm ABŞ-ın milli sərvəti olaraq tanındı

10:05 14-12-2023 | icon 1085 | Film
Bu dilm ABŞ-ın milli sərvəti olaraq tanındı

Rejissor Ceyms Kemeronun çəkdiyi “Terminator 2: Axirət günü” fantastik döyüş filmi ABŞ-nin milli mədəni irsi olan kino layihələri siyahısına daxil edilib. Onun rəqəmsal və kino nüsxələri ABŞ Konqres Kitabxanasının xüsusi kataloquna daxil ediləcək.

 

Bundan əlavə, siyahıya “Evdə tək” komediyası, “12 il köləlik” dramı, “Apollon 13” və digərləri, ümumilikdə 25 adda məşhur filmlər daxildir. Ənənəyə görə, Milli Film Reyestri hər il dekabr ayında doldurulur.

 

Mövcud qaydalara əsasən, Konqres Kitabxanası bu cür film layihələri yaradan və ya onların üzərində hüquqlara sahib olan studiyalara onların lazımi qaydada qorunmasını təmin etməyi tövsiyə edir. Bunu təmin etmək mümkün olmadıqda kitabxana bu işi müstəqil şəkildə öhdəsinə götürür və ya seçilmiş podratçılara həvalə edir.

 

Seçilmiş filmlərin nümayişindən ən azı 10 il keçməlidir. Onlar ABŞ-nin kino irsinin qorunmasında mədəni, tarixi və ya estetik əhəmiyyətinə görə seçilirlər.

 

Xatırladaq ki, “Terminator 2: Axirət günü” 1991-ci ildə buraxılıb və janrın klassikinə çevrilib. Film öz dövrünə görə külli miqdarda - 520 milyon dollar gəlir gətirib və ABŞ Kino Akademiyasından bir neçə mükafatı alıb. Baş rollarda Arnold Şvartsenegger, Linda Hemilton, Robert Patrik və Edvard Ferlonq oynayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi