Deputat SAXLANILDI

16:22 25-12-2023 | icon 401 | Hadisə
Deputat SAXLANILDI

Dağıstanda Kızılyurt şəhərindən olan deputat Qamzat Şixabudinov saxlanılıb.

 

Deputat 17 il əvvəl baş vermiş amansız ikiqat qətl hadisəsində iştirak etməkdə şübhəli bilinir.

 

Biznesmen Mirzə Maqomedovun qətli 2006-cı ilin avqustunda baş verib. Onun “Mercedes-Benz” markalı avtomobili Rostov-Bakı yolundakı kafenin yaxınlığında iki VAZ markalı avtomobildə olan naməlum şəxslər tərəfindən atəşə tutulub. 41 yaşlı iş adamı Mirzə Maqomedovun avtomobilində onun 13 yaşlı oğlu da olub və hər ikisi yerindəcə həyatını itirib.  

 

Hadisə yerinə gələn polis o zaman müxtəlif çaplı 11 patron aşkar edib, qətlin törədilməsinə əsas versiya kimi isə Maqomedovun maliyyə fəaliyyəti göstərilib.

 

Uzun illərdir qatillər və qətlin sifarişçiləri ilə bağlı axtarışlar uğursuzluqla nəticələnib. Nəhayət, bu səs-küylü qətl işinə son qoyulması mümkün olub. İş adamı və oğlunu qətlə yetirməkdə şübhəli bilinən beş nəfər saxlanılıb. Saxlanılanlardan biri də Kızılyurt şəhər dairəsinin hazırkı deputatı Qamzət Şixabudinov olub.

 

Hazırda müstəntiqlər tərəfindən onun cinayətdə bilavasitə rolu araşdırılır. Əgər qətldə iştirakı sübuta yetirilərsə, Qamzat Şixabudinov 20 il müddətinə həbs cəzası ala bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq