“Ermənistan özünütəcridlə ciddi böhran vəziyyətinə düşəcək”
Mətin Məmmədli: "Yaxşı olardı ki, Ermənistan bütün bunları nəzərə alsın”
“Ölkə başçısının Mehri yolu açılmayacağı təqdirdə Azərbaycanın Ermənistanla hec bir sərhəd xəttini açmayacağı və 30 ildə olduğu kimi yenə də dalanda qalacaqları ilə bağlı fikirlərinin, belə bir yanaşmanın tam əsasları var”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti politoloq Mətin Məmmədli bildirib.
M.Məmmədli qeyd edib ki, Ermənistanın 2020-ci il 10 noyabr bəyanatına əsasən üzərinə öhtəlik götürüb və həmin öhtəliyə görə Ermənistan Zəngəzur dəhlizi vasitəsi ilə maneəsiz gediş-gəlişi təmin etməlidir:
“Bu öhtəlikdən 3 il keçməsinə baxmayaraq Ermənistan bu mövqeyindən yayınıb və maneəsiz yox, sadəcə yol verə biləcəklərini bildiriblər. Bu da Ermənistanın öhtəliyindən yayınmasıdır. Azərbaycan “Azərbaycandan Azərbaycana” prinsipi əsasında Mehridən dəmir yolu, avtomobil yolu ilə maneəsiz gedişin təmin edilməsini istəyir. Söhbət Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişin təminatından söz gedir”.
Ekspert hesab edir ki, Ermənistan üzərinə götürdüyü öhtəliyi yerinə yetirməlidir. Amma təəssüf ki, Ermənistan digər öhtəlikləri kimi bunu da təhrif edir. M.Əsədullazadə hesab edir ki, belə bir vəziyyətin davam etməsi ilk növbədə Ermənistanın özünün maraqları üçün ciddi təhdid yaradır:
“Azərbaycan Ermənistan da daxil olmaqla 8 dövlətlə quru, dəniz sərhəddi var. Ermənistanın isə yalnız Gürcüstan İranla sərhədləri var. Ermənistan özünü təcrid etməklə özünü ciddi böhran vəziyyətinə salacaq.Bunu nəzərə almaqla Ermənistan rasional qərar verməli, öhtəliyini yerinə yetirməlidir. Komunikasiyaların açılması Azərbaycanın, Ermənistanın, bütövlükdə bölgənin maraqlarına edir, bölgədə rifahın yüksəlməsinə, bölgədə ikiölkə arasında münasibətlərin normallaşmasına xidmət edir. Yaxşı olardı ki, Ermənistan bütün bunları nəzərə alsın”.
LƏMAN
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"