“Xəyallarda qalan Laçın” xatirə-gündəlikdən - 1992-ci il, 12 may

17:27 20-01-2024 | icon 2282 | Tarix
“Xəyallarda qalan Laçın” xatirə-gündəlikdən - 1992-ci il, 12 may

QƏZƏNFƏR HÜSEYNOV

 

 

1992 ci il, 12 may.

 

...Laçın rayon icra hakimiyyətinin başçısı Xanlar Məmmədov, rayon XDS-nin sədri Səlim Səlimov, rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin İsgəndərov... və mən “Köhnə poçt”da yenicə istifadəyə verilmiş 5 mərtəbəli yaşayış binasının zirzəmisində təşkil edilmiş hospitala getdik...

 

Bütün günü çalışmasına baxmayaraq rayon icra hakimiyyətinin başçısı Xanlar Məmmədov Bakı ilə heç bir əlaqə yarada bilmirdi, nə respublika rəhbərləri, nə də müdafiə nazirliyindən telefon zənglərinə cavab verən olmadı. Nəhayət ki, uzun axtarışlardan sonra ölkə Prezidentinin köməkçisi Zərbəliyev soyadlı biri cavab verdi, vəziyyəti rəhbərliyə çatdıracağını və bir saatdan sonra əlaqə saxlamağımızı bildirdi. Sonra nə qədər çalışsalarsa da Zərbəliyev və digər rəhbər işçilərdən telefon zənglərinə cavab verən olmadı. Rayonda, xüsusən də Laçın şəhərində vəziyyət çox gərgin idi, demək olar ki, hər şey nəzarətdən çıxmışdı, şəhər Ermənistan tərəfdən raket atəşinə tutulurdu, şəhərdə həlak olanlar və dağıntılar vardı...

 

Mən təklif etdim ki, gəlin bir qeydiyyat kitabı tərtib edək, kiminlə əlaqə saxlasanız qeyd edin ki, sonra məsuliyyətdən qaçmasınlar. Elə də etdik, kitabın qrafalarını mən tərtib etdim. Bir saatdan sonra Bakıya dalbadal zənglər edildisə də heç bir cavab verən olmadı. Nəhayət rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin İsgəndərovun zənginə respublika səhiyyə naziri (unutmuşam bəlkə də nazirin müavini) Rəhim Hüseynov cavab verdi və olduqca yanımcıllıqla bizim vəziyyətimizi yuxarılara çatdıracağını bildirdi. Tərtib etdiyimiz kitaba birinci Elçin həkim onun adını qeyd etdi...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ

İran Azərbaycana hücum edə bilərmi?

Biləcəridə YANĞIN

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Nəsrullah belə öldürüldü

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Cəbrayıla növbəti köç karvanı yola düşdü

Kolumbiyada helikopter qəzası