İƏT-dən Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı BƏYANAT

16:32 08-02-2024 | icon 285 | Siyasət
İƏT-dən Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı BƏYANAT

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanatda deyilir:

 

“Azərbaycan hökumətinin dəvəti ilə 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisini izləmək üçün İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti göndərilib. Seçki ölkənin hər yerində keçirilib. İƏT heyəti seçkinin hər üç mərhələsini - səsvermədən öncə hazırlığı, səsvermə gününü və səslərin sayılmasını - müşahidə edib. Heyət, həmçinin, aidiyyəti qurum və partiyalarla görüşüb və səsvermənin gedişi ilə bağlı məlumat alıb. İƏT heyəti monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin siyasi və vətəndaş hüquqlarından istifadə etmək üçün yüksək fəallığı ilə keçirildiyini qeyd edib”.

 

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib.

 

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkisində liderlik edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq