Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

15:23 12-03-2024 | icon 329 | Siyasət
Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

Fuad Əliyev: "Azərbaycanı Suriyaya, Əfqanıstana döndərmək istəyirlər"

 

“Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya, Respublikaçılar İnstitutu, SOROS Fondu ayrı-ayrı QHT-lərin adına külli miqdarda vəsaitlər köçürür, internet televiziyaları, saytlar açır və bu media seqmentləri üzərindən Azərbaycanın milli-mənəvi dəyərlərinə, daxili sabitliyinə zərbə endirmək üçün istifadə edirdilər. Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra xarici kəşfiyyat orqanlarının ölkə daxilində yaratdığı şəbəkələr daha da aktivləşib”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Əliyev Azərbaycan xalqının milli maraqlarına, dövlət əleyhinə qarşı işləyən, hətta qeyri-qanuni üsullarla fəaliyyət göstərməkdən belə çəkinməyən şəbəkələrin müəyyən edilməsi və neytrallaşdırılması ilə bağlı açıqlamasında bildirib.


Ekspert Qərbin bu cür şəbəkə təşkilatlarının Azərbaycan xalqının rifahına yox, dövlətçiliyə və xalqa qarşı fəaliyyət göstərdiyini, daxili sabitliyi pozmaq üçün külli miqdarda vəsaitlər xərclədiyini deyib. Qeyd edib ki, 2003-cü il seçkilərində baş verən iğtişaşların, eləcə də “İsmayıllı hadisələri”-nin arxasında Qərbin "5-ci kalon"u dayanır.

 

F.Əliyev bildirib ki, hazırda ABŞ-ın qeyd olunan məlum institutlarının Azərbaycandakı fəaliyyəti dayandırılsa da, bir çox şəbəkələr öz işini davam edir. Onun sözlərinə görə, həmin qüvvələr birbaşa öz nümayəndələrini Azərbaycana göndərə bilməsə də, işlərini üçüncü ölkələr, xüsusilə də Gürcüstan vasitəsi ilə həyata keçirirlər:

 

“Bu gün Azərbaycanda normal fəaliyyət göstərən internet kanallarını hökumətdən maliyyə alaraq yalnız onun maraqlarını qoruduğunu iddia edən "5-ci kalon" bu idialarla özünün qeyri-leqal fəaliyyətinə don geyindirməyə çalışır. Qərbin şəbəkələri vasitəsi ilə yaranan “toplum tv”-lər, bəzi saytlar, dövlətə qarşı verilişlər, yazılar təqdim edir, qeyri-qanuni qrantlar alırlar. Onların fəaliyyəti dövlətə xalqa qarşıdır. Ona görə də həmin saytlarda çalışan jurnalistlər həbs olunur, internet kanalları bağlanır”.

 

F.Əliyev qeyd edib ki, ölkə daxilində bəzi radikal qüvvələr hələ də var:

 

“Onları “psevdodemokrat” adlandırıram. Onlar xalqa, dövlətə yaxşı vədlər vermirlər. həmin qüvvələr Azərbaycanda sabitliyi istəmir, ölkəni Suriyaya, Əfqanıstana döndərmək istəyirlər. Bunlar üçün dövlət, xalq anlayışı yoxdur. Bunlar üçün öz şəxsi cibləri, maraqları mühümdür. Bu qruplar ətraflarında 5-3 nəfər saxlayıb qeyri-qanuni fəaliyyət göstərirlər”.



Azərbaycan xalqının milli maraqlarına, dövlət əleyhinə işləyən şəbəkələrin müəyyən edilərək neytrallaşdırılmasını alqışlayan F.Əliyev mövcud vəziyyətə uyğun olaraq həmin şəbəkələrin aşkar edilərək ictimaiyyətə təqdim edilməsinin zəruriliyini önə çəkib.

 

AYSEL
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə ÇEVRİLDİ