Qazaxıstandan Azərbaycana 102,2, Azərbaycandan Qazaxıstana isə 205,2...

16:21 14-03-2024 | icon 333 | Siyasət
Qazaxıstandan Azərbaycana 102,2, Azərbaycandan Qazaxıstana isə 205,2...

Kamilə Əliyeva: "Ölkələrimiz arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir"

 

Prezident cənab İlham Əliyevin xarici siyasətinin əsas prioritetlərindən biri Mərkəzi Asiya dövlətləri, o cümlədən regionun Türk dövlətləri ilə dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin qurulmasıdır. Son dövrlər ölkə başçımızın Mərkəzi Asiya dövlətlərinə, bu regionun dövlət başçılarının Azərbaycana səfərləri müntəzəm xarakter alıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamilə Əliyeva Qazaxıstan Prezidentinin martın 11-də Azərbaycanda səfərdə olması və Prezident cənab İlham Əliyevlə görüşü, TDT-nın yıla diqət çəkərkən bildirib.


Deputat Azərbaycanın ortaq dilə, mədəniyyətə, tarixə malik türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqələr qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verdiyini qeyd edib:

 

“Türk Dövlətlər Təşkilatının yaradılmasında Prezident cənab İlham Əliyevin böyük xidmətləri olmuşdur. TDT-ya üzv dövlətlərdə əhali sayının artımı, bu ölkələrin zəngin təbii sərvətlərə malik olması, iqtisadi və siyasi sahələrdə böyük irəliləyişə, tərəqqiyə nail olmaları təşkilatın yaxın gələcəkdə dünyada güc mərkəzinə çevrilməsinə zəmin yaradır. Şərq-Qərb nəqliyyat dəhlizinin də TDT-yə üzv dövlətlərin ərazisindən keçməsi xüsusi önəm kəsb edir”.

 

Deputat bildirib ki, Azərbaycan TDT-yə üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda iqtisadi, mədəni, elmi sahələrdə bir çox sənədlər imzalayıb:

 

“Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq edən TDT-yə üzv dövlətlərdən biri də Qazaxıstandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Comart Tokayev arasında dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir. Qazaxıstan Respublikasının Prezidentinin martın 11-də Azərbaycanda səfərdə olması və Prezident cənab İlham Əliyevlə görüşü çox əlamətdar oldu. Qazaxıstan Prezidentinin səfəri ilə əlaqədar Prezident cənab İlham Əliyev mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız Azərbaycanla Qazaxıstan arasında mövcud dostluq, qardaşlıq əlaqələri, iki dövlətin nəqliyyat-loqistika və enerji sahəsində birgə əməkdaşlığı barədə danışdı.
Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi Qazaxıstanın Azərbaycan dövlətinə dəstəyinin növbəti nümunəsidir. TDT çərçivəsində də Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı fəaliyyət gələcəkdə daha da möhkəmləndiriləcək. Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının keçirilməsi əlamətdar bir hadisə oldu. Əlamətdar hadisələrdən biri də Trans Xəzər nəqliyyat dəhlizinin reallığa çevrilməsidir. Trans Xəzər nəqliyyat dəhlizi tək Azərbaycanla Qazaxıstan arasında deyil, bir çox dövlətlər arasında bir körpüdür. Çindən Avropaya daşınan yüklər Qazaxıstan və Azərbaycandan keçməklə ən qısa vaxt ərzində son mənzilə çatır. Azərbaycan və Qazaxıstan təbii sərvətlərlə zəngin olmasına baxmayaraq hər iki ölkə öz ərazisində beynəlxalq standartlara uyğun nəqliyyat-loqistika infrastrukturu yaradıb. Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində iqtisadiyyat, elm, mədəniyyət, gənclər və idman sahələrini əhatə edən dövlətlərarası sənədlər imzalandı. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıqda ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. 2023-cü il dövlətlərimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Əlaqələrin möhkəmləndirilməsi nəticəsində yaxın gələcəkdə investisiyaların həcmi xeyli artırılacaq. Azərbaycan və Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki dövlətin parlamentlərində dostluq qrupları da fəaliyyət göstərir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi