"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

11:13 15-03-2024 | icon 2444 | Tarix
"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

 

 

 

QƏZƏNFƏR HÜSEYNOV

Ermənistandan azərbaycanlıların qovulması yüksək həddə çatmışdı. Erməni silahlı dəstələri yerli hakimiyyətin dəstəyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücum edir, evləri dağıdıb, yağmalayır, dinc əhalini qovur, müqavimət göstərənləri isə öldürürdülər.

 

Laçına yaxın Sisiyan və Dərələyəzdən qaçqın düşənlərin böyük hissəsi bizim rayondan üzü Qarabağa - Şuşaya üz tuturdular. Sisiyandan Laçına doğru Çalbayır dağından piyada aşaraq Minkənd kəndinə tərəf gələndən qarlı çətin dağ yollarında şaxta vurmadan həlak olanlarda olmuşdu.

 

Laçından yük avtomobillərində gəlib keçən azərbaycanlıları müşahidə edir və öyrəndik ki, onlar əsasən Dağlıq Qarabağda məskunlaşmaq istəyirlər. Laçın-Şuşa arası gündəlik işləyən laçınlı taksi sürücülərindən öyrəndim ki, qaçqınlar əsasən Şuşa sanatoriyalarında məskunlaşıblar. Belə bir vəziyyətdə dostlarla məsləhətləşib, qərara gəldik ki, Şuşada məskunlaşan qaçqınlara yardım göstərək. Dərhal ərkim çatan idarə - müəssisə rəhbərlərinə müraciət etdim. Bu işdə mənim təşəbbüsümə rayon icraiyə komitəsinin sədri Səlim Səlimov, ət tədarükü idarəsinin müdiri Şahmar Novruzov, Laçın əmanət bankənın müdiri Əli Məlikov, avtobazanın direktoru Rafael Məhərrəmov, yerli yollar idarəsinin müdiri Akif Məhərrəmov, 13 saylı yol istismar sahəsinin müdiri Tofiq Novruzov, elektrik şəbəkəsinin müdiri Eldar Məhərrəmov, peşə məktəbinin direktoru Vaqif Şükürov, iaşə müəssisələri birliyinin direktoru Qalib Şahverdiyev, rayon xalq cəbhəsinin sədri Arif Paşayev qoşuldular. "Köhnə poçt" adlı yerdə, Şuşa istiqamətinə gedən yolun başlanğıcında məhsullarl qəbul etdim, Şahmar Novruzov yük avtomobilində göndərdiyi çöngəni də qəbul edib, yola düzəldik.

 

Şuşaya çatanda raykomun binasının qarşısında böyük izdiham gördük. Mən raykom binasına tərəf getdim ki, Şuşa rayon partiya komitəsinin birinci katibi, komsomol dostum, Vaqif Cəfərovla görüşüb, gəlişimizin səbəbini ona deyim. Raykomun binasının yanındakı tribunada onu gördüm, görüşdük və gəlişimizin məqsədini ona dedim, dərhal rayon xalq nəzarət komitəsinin sədri Adil Babışova göstəriş verdi ki, gətirdiyimiz yardımı qəbul etsin. Bütün yardımı aktla ona təhvil verib, mitinqə qatıldıq...

 

Artıq mitinq başlamışdı, tribunada rayon rəhbərləri və Azərbaycan Ali Soveti rəyasət heyəti sədrinin müavini Telman Orucov dayanmışdılar.

 

Mitinqdə çıxış edənlər əsasən Azərbaycan rəhbərliyindən tələb edirdilər ki, erməni seperatçılarına qarşı təsirli tədbirlər görülsün, həm də Xankəndində yerləşən, Moskvanın nümayəndəsi Arkadiy Volskinin rəhbərlik etdiyi komitənin fəaliyyətindən narazılıq edirdilər.

 

Heç yadımdan çıxmır, 60 yaş civarında, xalq arasında "kələntər qadın" görkəmində, əsl azərbaycanlı qiyafəsində bir qadın tribunaya qalxıb, çıxış etdi. Səhv etmirımsə həmin qadın Dərələyəzdən qaçqın düşənlərdən idi. Qadın üzünü Telman Orucova tutub dedi:

 

- Biz, yurdumuzda özümüzə gözəl həyat qurmuşduq, siz orda bizi müdafiə etmədiniz, ermənilər silah gücünə var-dövlətimizi əlimizdən alıb, bizi evimizdən qovdular, xahiş edirəm bizi - bütün qaçqınları Xankəndinin ətrafında yerləşdirin, az keçməz biz də onları qovacağıq.

 

Bu zaman Telman Orucov ona dedi ki, ay xanım biz sizi orda yerləşdirə bilmərik, mərkəzi hökümət icazə vermir. Biz lazımı tədbir görəcəyik ki, münaqişə həll edilsin, öz yurdunuza qayıdacaqsınız. Sizin məskunlaşmağınız üçün nə lazımdırsa edəcəyik.

 

Bu sözləri eşidən qadın uca səslə ona belə (dediyi kimi yazıram) cavab verdi:


- Allah evinizi yıxsın, siz vaxtında tədbir görmədiyiniz üçün yurd-yuvamızdan didərgin düşdük, heç nə edə bilməyəcəksiniz, ermənilər hamımızı burdan da qovacaqlar.

 

Dərələyəzli xanımın çıxışı mitinq iştirakçıları tərəfindən alqışlarla qarşılandı, tarix onun dediyini təsdiq elədi. Azərbaycan hökümətinin zəifliyi ucbatından münaqişə halında olan erməni iddiası vaxtında dayandırılmadı...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR