“Fransanın Cənubi Qafqaz siyasəti xristian dünyasının razılaşdırılmış gedişidir”

09:46 29-03-2024 | icon 1312 | Geopolitika
“Fransanın Cənubi Qafqaz siyasəti xristian dünyasının razılaşdırılmış gedişidir”

Vüqar Dadaşov: “Drijorluğun Fransaya verilməsi Qərbin manevr imkanlarını qoruyub saxlamağa hesablanıb”

 

“Emmanuel Makronun yeritdiyi anti Azərbaycan siyasəti mahiyyət etibarı ilə Fransanın əsrlərlə formalaşdırdığı anti türk və anti islam düşmənçiliyinə söykənir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov deyib.

 

V.Dadaşov bildirib ki, Makron nümunəsində Fransanın Cənubi Qafqaz siyasəti həm də kollektiv Qərbin, xristian dünyasının razılaşdırılmış gedişidir:

 

“Drijorluğun Fransaya verilməsi isə prosesə uyğun riyakar Qərbin manevr imkanlarını qoruyub saxlamağa hesablanıb. Bir müddət əvvəl ABŞ-ın Türkiyə ilə Cənubi Qafqaz siyasətində birgə fəaliyyəti barədə razılaşma bəyanatı məhz həmin (manevr imkanları) qənətin sübutudur. Sözsüz ki, ABŞ Vatikan Fransaya onun istəklərinə uyğun açıq dəstək verən deyil. Ancaq dini qarşıdurmanın yaradılması cəhdləri çox ağır nəticələrə səbəb ola bilər. Onsuz da açıq formada olmasa da, dini qarşıdurma, sivilizasiya mübarizələri Afrikada, Yaxın Şərqdə, Asiyada, elə Avropanın özündə, Cənubi Qafqazda və sair bu və ya digər formada mövcuddur”.

 

V.Dadaşov qeyd edib ki, Fransa başda olmaqla kollektiv Qərbin Cənubi Qafqaz siyasəti Rusiyanın regiomdan çıxarılmasına da hesablansa da, bəllidir ki, nəticə etibarı ilə Rusiyanın regiondan, xüsusən Ermənistandan çıxardılması mümkün deyil:

 

“Ancaq Ermənistanın silahlandırılması, Azərbaycana qarşı revanşist müharibəyə sürüklənməsi sözsüz ki, Fransa nümunəsində Qərbin Cənubi Qafqaz və Rusiya ilə bağlı siyasətinin, istəyin gerçəkləşməsinə yönəlib”.

 

V.Dadaşov bildirdi ki, son aylarda Fransanın Ukrayna-Rusiya müharibəsində Rusiyaya qarşı açıq hərbi müdaxilə istəyini ortaya qoyması və hərbi müdaxiləyə bütün NATO-nu qoşma cəhdinin reallaşmasının mümkün göründüyü bir zamanda Azərbaycanın öz maraqlarını təmin etmək imkanları genişlənir:

 

“Əlbəttə ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi Azərbaycanın tələblərinin tam şəkildə qəbulundan sonra mümkünlüyü mübahisəsizdir. Ermənistana Fransanın, İranın və yaxud dugər ölkələrin vədləri bu ölkənin fiziki və siyasi mövcudluğunu riskə atan şərait yaratdığını erməni siyasi elitası yaxşı anlayır. Ancaq Ermənistanın manipulyasiya gedişləri Azərbaycanla münasibətdə müəyyən əlverişli mövqe qazanmaq niyyətinə bağlıdır”.

 

V.Dadaşov vurğuladı ki, Fransanın Cənubi Qafqaz siyasətinə maraqlı bir yanaşma da mövcuddur. Qeyd etdi ki, bəzi analitiklər Fransanın Cənubi Qafqaz siyasətinin Rusiya ilə razılaşdırılmış xətti hesab edirlər:

 

“Əlbəttə ki, bu versiyanı da tam istisna etmək olmaz. O da həqiqətdir ki, Fransanın Cənubi Qafqaz siyasəti İran, Rusiya, Türkiyə kimi dövlətləri koordinasiyalı şəkildə hərəkətə gətirir və əlbəttə ki, bu amil Rusiyanı regionda möhkəmləndirən şərait yaradır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Bu universitetə rektor TƏYİN EDİLDİ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Əyriboyunluq xəstələri həkimə daha gec fazada gətiriləndə müalicə gecikir

Qarabag müharibəsi əlili haqqını tələb etdi və...

Məhşur restoranda kütləvi DAVA

Samir Bağırovun içinə şeytan girirmiş