Süd məhsullarında kişi hormonları var

13:45 04-08-2024 | icon 501 | Sağlamlıq
Süd məhsullarında kişi hormonları var

Süddə olan androgenlər dəridə iltihab, civzə və səpkiləri artıra bilər.

 
 
 
Dermatoloq Andrey Kuznesov akne xəstəliyində süd məhsullarının rolundan danışıb.
 
 
“Akne piy vəzilərinin xəstəliyidir, orqanizmdə hormonal dəyişiklik, daha çox kişi cinsiyyət hormonlarının çoxalması fonunda baş verir.
 
 
Piy vəziləri normadan artıq dəri sekreti hasil edir, nəticədə Cutibacterium acnes bakteriyalarının çoxalmasına, həmin sahədə iltihab, qızarma və səpkilərə səbəb olur.
 
 
Bir çox tədqiqatlar sübut edib ki, çox miqdarda süd və təzə süd məhsulları xüsusən şəkərli olarsa, orqanizmdə androgenlər çoxalır.
 
 
Çörək və un məmulatları isə qanda şəkəri və insulin hasilini artırır, nəticədə insulinrezisdentlik yaradır.
 
 
Bu da dəri piy vəzilərinin sekresiyasını artırır, nəinki üzdə, bədəndə də iltihab və səpkilər çıxır.
 
 
Ona görə akne müalicəsində 50% dərmandırsa, 50% pəhrizdir.
 
 
Müalicə ərəfəsində süd və süd məhsullarını, eləcə də şirniyyatı çıxarmaq lazımdır. Daha çox tərəvəz, meyvələr yeyin, antioksidant təsirli giləmeyvələr seçin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY