“Furiosa: Çılğın Maks Əfsanəsi” filmi “CineMastercard”da
Filmin premyerasından öncə nümayişi keçirilib
“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Furiosa: Çılğın Maks Əfsanəsi” fantastik döyüş filminin premyeradan öncə nümayişi keçirilib. Maks haqqında ilk film 1979-cu ildə çəkilib və kassada öz büdcəsindən 286 dəfə çox gəlir gətirib.
Filmin premyerası Kann kinofestivalında müsabiqədənkənar baş tutub.
Filmin rejissoru Corc Millerdır. Baş rolu Ani Teylor-Coy, Kris Hemsvort isə mənfi personajlardan birini canlandırıb.
Film haqqında qısaca: “Sivilizasiyanın süqutundan 45 il keçir. Ailəsi ilə birlikdə “Min Ananın Yaşıl Torpaqlarında” yaşayan gənc Furiosa, sərkərdə Dementusun başçılıq etdiyi Dağ Baykerləri tərəfindən qaçırılır. Çöllük ərazini keçərək, dəstə qalanı idarə edən Ölümsüz Coyun ordusu ilə qarşılaşır”.
Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər və iri təşkilatların sahibkarları dəvət olunublar.
Tədbirin təşkilində “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Carlsberg Azerbaijan”, “Portal Games” və “Red Bull” dəstək göstəriblər.
Tədbir filmin “ScreenX” formatında nümayişi ilə başa çatıb.
İlin ən gözlənilən filmlərindən biri mayın 23-dən etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunur. Həmçinin, “Furiosa: Çılğın Maks Əfsanəsi” filmini ən son “4DX” və “ScreenX” texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”