Milli komandaları arasında yoldaşlıq görüşü keçirilib

12:53 11-03-2019 | icon 612 | İdman
Milli komandaları arasında yoldaşlıq görüşü keçirilib

Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

 

Azərbaycan Gimnastika Federasiyasından Versus.Az-a verilən məlumata görə, iki ölkə arasında Desio şəhərində baş tutmuş görüşdə böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, həmçinin gənclər arasında fərdi gimnastlarımız Arzu Cəlilova, Nərminə Səmədova və Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət qrup komandası iştirak ediblər.

 

Qeyd edək ki, mövsümün əvvəlində ənənəvi olaraq yoldaşllıq görüşləri keçirən İtaliya millisinin, Azərbaycan komandası ilə ilk görüşü uğurlu keçib. Qarşıda ciddi yarışların gözlədiyi millimizin üzvləri üçün Desio səfəri bir növ yoxlama məşqi olub. İki ayrı milli komanda bir yerdə təcrübə mübadiləsi apararaq, öz proqramlarını tam şəkildə icra ediblər. Bununla yanaşı, gimnastlar öz yeni çıxışlarını da təqdim ediblər. 1 gün davam edən görüşdə beynəlxalq yarışlara hazırlıq səviyyəsi də dəyərləndirilib.

 

Yoldaşlıq görüşündən bir gün sonra isə Azərbaycan millisinin Baş məşqçisi Mariana Vasileva İtaliya məşqçilərinə master klas keçib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?