"Vəhşi xəfiyyələr"
İdarə olunması və maliyyələşməsi xaricdən təşkil edilir
Kürsüdə “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri RAMİL HÜSEYNOVdur
Azərbaycanda son zamanlar xəfiyyələr peyda olub. Əvvəl vəhşiləşməmişdilər, amma indi vəhşiləşirlər. Vəhşi xəfiyyələr yoxa çıxıb, sonra yenidən peyda olurlar. Bunlara visserial realizm vəhşiləri də deyirlər. Yəni intuitiv realizmin klassik daşıyıcıları özlərinə real adı qoysalar da ani reallıqlardan ayrılanlardır.
Psixologiyada bir neçə sosial funksiyalar var. Biz bu gün dünyada yenisinin şahidi oluruq - Azərbaycanda fəaliyyət göstərən müəyyən təşkilatlar sosial funksiyanın yenisini icad ediblər - şərləmə funksiyası. Bu xəfiyyələrin idarə olunması və maliyyələşməsi xaricdən təşkil olunur. Və cəmiyyətdə ehtiram tələbatından uzaq olurlar. Siyasi partiyalar həm də dövlətin siyasi dayaqlarının möhkəmləndirilməsi üçün fəaliyyət göstərirlər. Cəmiyyətin rəğbət və etimadını qazanıb, hakimiyyətin müəyyən strukturlarında yer alıb, fəaliyyət göstərən bir qurum sayılırlar.
Partiya - latınca partis sözündən olub hissə-qrup deməkdir. Müasir dünyada, qabaqcıl ölkələrdə, hal hazırda siyasi fəaliyyətlə məşğul olan təşkilatlar, dediyimiz kimi cəmiyyətdə ehtiram və hörməti qazanaraq, seçki hüququndan istifadə edərək, demokratik yolla dövlətə xidmət göstərməkdədir. Nəzərdə tutduğum xəfiyyələr isə hissə yox, xırda detal səviyyəsindən hələ çıxa bilməyiblər. Müasir dünya düzənində özlərinə yer tapa bilmirlər, kiçik hissəcik kimi hələ də fəaliyyət göstərirlər. Amma böyük siyasi oyunlara inteqrasiya olub, "dırnaqarası" daxil olmaq eşqinə düşüblər.
Ani olaraq tez-tez reallıqlardan ayrılanlar, reallıq hissini itirənlər, Azərbaycanda demokratik dəyərləri, nə milli uğurları, nə iqtisadi uğurları, nə insan hüquq və azadlıqları sistemli olaraq dəyişiklikləri görmürlər. Çünki obyektivlik və reallıq hisslərini itiriblər. Bu hissi olmayanlar heç vaxt böyük düşüncəni, mütərəqqi addımları dərk edə bilmirlər. Çünki dərk etmək üçün mütləq Mənsubluğa-yəni cəmiyyətə mənsub olmaq, onlarla yanaşı olmaq, onlar tərəfindən qəbul olunmaq lazımdır. Siz bunu bacarmadınız. Kommunistlərin rəngindən danışırsınız, özdə qırmızı rəngindən. Sizə, xarakterinizə, mahiyyətinizə uyğun rəng. Çünki özünüzü çox qırmızı görürsünüz və qıp-qırmızı reallıqları inkar edirsiniz. Sizin bütün fəaliyyətiniz milli mənafe, milli maraqlar yox, dövlətçilik anlayışı yox, şəxsi ambisiyalar uğrunda qurulub. Qıp-qırmızı əsl saxtakarlıq budur. Azərbaycanın müstəqil və sonu qələbə ilə bitən siyasi diplomatik uğurlarını qəbul etməyən qüvvələrlə paralel, fədakarcasına getdiyiniz yolun rəngi qaranlıqdır. Qaranlıqdan qorxan siyasətçilər, sizin getdiyiniz o yolda arxanızda kim durursa onu düşünün, ehtiyatlı olun.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ