Siyasi əntərlərə həyat dərsi
İndi siyasi manyaklar bu tarixi hadisələrə şərik çıxırlar
Kürsüdə “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri RAMİL HÜSEYNOVdur
Siyasi əntərlər zaman-zaman tarixin müxtəlif dövrlərində budaqdan-budağa hoppanmaqla öz həyatlarını yaşayırlar. Hal-hazırda bizim də gördüyümüz hoppananlar gah aktivləşir, gah da passiv davranışları ilə bəzən ağacları sirkələyirlər....
2020-ci ilin 44 günlük müharibəsi əslində bunlara həyat dərsi oldu. Dərin dövlət anlayışı, dövlətçilik anlayışı, milli maraqlar, ölkənin siyasi namusu anlayışı, mənəvi dəyərlər anlayışı, dövlətin qüruru anlayışının nə olduğunu, dövlət idarəçiliyinin metodlarını mükəmməl formada həyata keçirən bir siyasi xadim, böyük və sağlam düşüncəsi ilə zəhərli düşünən beyinlərə bu addımları ilə müalicə resepti yazdı. Şəfa tapdılarmı? Bu, o reseptdən necə istifadə etmələrinə bağlıdır...
Zaman-zaman bizim üçün kiçildilən, siyasi təfəkkürümüzə kiçik ölkə kimi həkk olunan bir ölkəni böyüdən, qüdrətli məmləkət edən, vətən qeyrətini milli ideologiyaya çevirən, hər zaman vətəninin keşiyində durma anlayışı ilə yetişdirdiyi, gücləndirdiyi ordusu ilə fəxr edən İlham Əliyev:
Bir neçə il heç kimin siyasi ideologiyasına əhəmiyyət vermədən 100 illər boyu dövlətimizin, xalqımızın başı üzərində zülmkar, riyakar, qəddar, işğalçı ideologiyaları tamam darmadağın edən, ata-babalarımızdan bizə miras qalan Vətənin düşmənlərini və onların havadarları ilə dövlətimizə qarşı birgə qurduqları siyasi, mənəvi təhqirləri, təhdidləri onlarla bir yerdə gömdü və tarixin arxivinə göndərdi. Müharibə vaxtını heç kim unutmasın. Hamılıqla onun qabiliyyətinə, onun məharətinə, onun cəsarətinə şahid olduq və bunu bəziləri susqunluqla qarşıladı. Xırda məcburi etirafları nəzərə almasaq. Amma indi sanki bu siyasi manyaklar özlərini həmin tarixi hadisələrin şəriki kimi aparırlar. Əsla elə deyil!
Dəyərli həmvətənlərim, biz çox gözəl bilirik ki, bu qələbənin memarı İlham Əliyevdir. Yaddaşları təzələmək üçün qeyd edim ki, - "bu hakimiyyət, bu torpaqlar olduqca ordumuz zəifdir", "düşmən bizdən güclüdür", "torpaq almaq üçün biz heç nə etməmişik", "neçə ildir bir qarış torpaq alınmayıb", "biz gələrik torpaqları alarıq", "Rusiyadan qorxuruq" və bu tipli yaramaz cümlələr hamımızın yadındadır.
Amma illər sonra yetişdirdiyi, ərsəyə gətirdiyi diplomatik düşüncəni zamanında və yerində böyük bir zərbəyə çevirdi, 44 günə xalqın bütün iztirablarına son qoyuldu. Bu bizim qürur məsələmizdir. Kim özünü bu millətdən hesab edirsə, kim özünü bu dövlətin övladı hiss edirsə, onlar üçün bu qürur okeanına sahib olmaq idi.
Amma bu düşüncə sahibləri satqın xislətli, cılız xarakterli mənəvi deqradasiyaya uğramış siyasi əntərlər öz xilas ola bilməyəcəkləri xəstəlikləri ilə cəmiyyəti yoluxdurmaq üçün fəaliyyətə keçdilər. Mənəviyyatı, əxlaqı tərbiyələndirmək mümkün deyil. Yaranışdan yoluxucu xəstəlik sağalmır. Bu vətən hamımızındır. O qürür okeanında biz hamımız rahatlıqla üzürük, siz ora daxil ola bilmədiniz. Su çirkab götürmür. Xarici dövlətlərin qaranlıq qapılarını döyüb, hansı əzablarla o qapıdan girirsiniz, hansı zədələrlə oradan çıxırsınız bunu hamı bilir. O zədələrdən düşürdüyünüz psixioloji sarsıntı sizi həmişə incidib, ondan qurtula bilmirsiniz.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ