Keçəllikdən şirin qurtuluş

08:37 30-07-2024 | icon 248 | Maraqlı
Keçəllikdən şirin qurtuluş

Alimlər təsadüfən keçəlliyin yeni müalicə yolunu kəşf ediblər. Belə ki, orqanizmdə mövcud olan təbii şəkərin (2dDR) saç uzanmasına kömək edə biləcəyi aşkar olunub.

 

Gazeta.ru yazır ki, bu barədə Şeffild Universiteti və Pakistan COMSATS Universitetinin alimləri uzunmüddətli tədqiqatlardan sonra elan ediblər.

 

Mütəxəssislərin sözlərinə görə, əslində tədqiqatda məqsəd keçəlliyin müalicəsini tapmaq olmayıb. Onlar 2dDR şəkərinin yaraların sağalmasını nə dərəcədə sürətləndirə biləcəyini öyrənməyə çalışıblar.

 

2dDR-ni heyvanların dərisinə gel şəklində tətbiq etdikdən sonra isə alimlər müalicə olunan sahələrdə tük böyüməsinin sürətləndiyini, həmçinin tük gövdələrinin qalınlığı və sıxlığının əhəmiyyətli dərəcədə artdığını görüblər. Məlum olub ki, bu faydalı effekt 2dDR-nin saç follikullarını qidalandıran yeni qan damarlarının böyüməsini stimullaşdırmaq qabiliyyəti ilə bağlıdır.

 

Sonrakı araşdırmalar göstərib ki, şəkər əsaslı gel və minoksidilin 20 gün istifadəsindən sonra kişi tipli keçəlliyi olan siçanlarda tük örtüyü 80-90% bərpa olunub.

 

Alimlər qeyd ediblər ki, gələcəkdə 2dDR əsaslı vasitələr alopesiyanın müalicəsində klinik praktikaya daxil ola bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?