Əli Məsimli də namizədliyini geri götürüb?

12:21 30-07-2024 | icon 272 | Siyasət
Əli Məsimli də namizədliyini geri götürüb?

Milli Məclisin III, IV, V və VI çağırış deputatı Vahid Əhmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. O, 59 saylı Quba seçki dairəsindən namizədliyini irəli sürsə də, sonradan namizədliyini geri götürüb. Siyasətçi ailəsinin və dostlarının təkidi ilə bu qərara gəldiyini bildirib.

 

Vahid Əhmədovun namizədliyini geri götürməsindən sonra deputat Əli Məsimlinin də oxşar addım atacağı iddia edilib. Sosial şəbəkələrdə və mətbuatda onun tezliklə namizədliyini geri götürəcəyi barədə iddialar yayılıb. 

 

Qeyd edək ki, Əli Məsimli və Vahid Əhmədov ilk dəfə 2005-ci ildə deputat seçiliblər. 13 iyul 2005-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis edib və vahid namizədlərlə seçkiyə qatılmışdı. YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə Əli Məsimli deputat seçilmişdi.

 

Əli Məsimli 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament seçkilərində də 114 saylı Şəki seçki dairəsindən deputat seçilib.

 

Versus.az mövzu ilə bağlı Əli Məsimli ilə əlaqə saxlayıb.

 

O bildirib ki, namizədliyinin geri götürülməsi barədə xəbərlər şayiədir. Əli Məsimlinin sözlərinə görə, dairələrin yeni sərhədləri müəyyən olunandan sonra 114 saylı Şəki seçki dairəsi ləğv edilib: “Həmin dairənin məntəqələri isə digər dairələr arasında bölüşdürüldü. Artıq mövcud olmayan dairədən namizədliyimi verə bilməyəcəyim üçün dairəmi dəyişməli oldum. Araşdırmalardan sonra namizədliyimi irəli sürmək üçün ən uyğun dairənin əvvəlki dairəmin bir sıra məntəqələrinində daxil olduğu 113 saylı Qax-Şəki seçki dairəsi olduğuna qərar verdim”.

 

Əli Məsimli Vahid Əhmədovun növbəti seçkilərdə iştirak etməyəcəyinə də münasibət bildirib:

 

“Vahid müəllimin əvvəlki dövrü ilə müqayisədə müayinəyə getmə dövrü bir qədər intensivləşib. Son dövrlər ona zəng edən zaman söhbətimizin məzmununda sağamlıq mövzusu prioritet təşkil edirdi. Mən bunu kənardan hiss edirəmsə, ailə üzvləri məndən qat-qat daha çox hiss edirlər. Vahid Əhmədov ailə üzvlərinin fikirlərini nəzərə almaqla bu addımı atdı. Hesab edirəm ki, insanın sağlamlığı hər şeydən vacibdir. Mən də ona zəng edən zaman bu fikrin doğru olduğunu bildirdim və ona uzun ömür, can sağlığı arzu etdim. Vahid müəllim xalqına bağlı, dövlətçilik təfəkkürü olan, Azərbaycanda tanınmış şəxsiyyəto, təcrübəli iqtisadçıdır. Mətbuatda gedən fikirlər də bunu açıq şəkildə təsdiq edir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?