Xamenei Zəngəzur dəhlizinə qarşı çıxdı

14:42 30-07-2024 | icon 258 | Siyasət
Xamenei Zəngəzur dəhlizinə qarşı çıxdı

İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei bu gün İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

 


Versus.az xəbər verir ki, Xamenei Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı, onu müşayiət edən nümayəndə heyətini də qəbul edib.


Görüşdə İranın ynei birinci vitse-prezidenti Məhəmməd Rza Aref də iştirak edib.


İran KİV-lərinin məlumatına görə, ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, “İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir” deyib. Xameneinin bu firkini Nikol Paşinyan dəstəkləyib.


 

Ölkələrin qonşuları ilə əlaqələrinə məhdudiyyətlər qoymamasının vacibliyini vurğulayan Xamenei əcnəbiləri nəzərdə tutaraq, “ölkələrin təhlükəsizliyini və rifahını təmin edən şey özlərinə və yaxınlarına güvənməkdir. Başqaları ölkənin işlərinə qarışsa, bu, onların ziyanına olar” - deyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?