"Sanki seçkiyə daha çox namizədlə qatılma marafonu keçirilir"

21:15 30-07-2024 | icon 603 | Siyasət
"Sanki seçkiyə daha çox namizədlə qatılma marafonu keçirilir"

 

Ramil Hüseynov: “Müxalifətə real siyasi mübarizə və real qələbə ilə qara keçmişlərini silmələrini arzulayıram”

 

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri bütün siyasi partiyaların Milli Məclisə daha çox nümayəndə ilə seçilmə şansını tanıya bilər. Əgər müxalifətdən olan partiyalar xalqın, seçicisinin qarşısında ötən seçkilərdə itirdiyi nüfuzunu, etimadını bərpa edərsə…

 

Bunu Versus.Az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov seçkiyə qatılan namizədlərin mübarizə hədəfləri ilə bağlı açıqlamasında bildirib.

 

R.Hüseynov qeyd edib ki, 44 günlük müharibənin nəticələri siyasi müxalifətdən olan bir çox partiyaların proseslərə, o cümlədən seçkilərə əks münasibətini bir qədər format edib. Onun sözlərinə görə, reallıq yeni siyasi münasibətləri tələb etsə də, bir çox partiyaların fəaliyyətində yenilənmə elə də diqqət çəkmir. R.Hüseynov vurğulayıb ki, bu seçki həqiqətən də siyasi proseslərə rəng qata bilər:

 

“Amma o da aydındır ki, ötən illərin seçkilərində iştirak edən, vahid namizəd axtarışı ilə bir-birini didən, daha sonra partiyaların bir-birini xəyanətdə ittihamlamaları, seçkilərdə qazandıqları uğursuzluq və saxtakarlıqlar səbəbi ilə xalqın etimadını itirmələri bu seçkidə daha çox nümayəndə ilə qatılıb və qalib olma şanslarını da zorlayır.

Məlumdur ki, AXCP, Milli Şura deyilən təşkilat üzvləri parlament seçkilərini yenə boykot edəcək. Bu həmişə belə olub. Bir çox partiyaları çıxmaqla adıçəkilənlər hər zaman seçkilərə qatılanları iqtidara satılmaqda ittihamlayaraq, hətta beynəlxalq təşkilatları da boykota dəvət edirlər. Aydın məsələdir ki, illərin siyasi, seçki oyunu təcrübəsi olan bir çox müxalifət partiyalarının fəaliyyəti xalqın yaddaşında heç də xoş izlər açmayıb. Belə olan təqdirdə bu müxalifət hansı işləri, yaxud hansı vədləri ilə seçici kütləsini öz ətraflarına toplaya biləcək? Zamanında bir portfeli, bir neçə qohum üzvləri olan bəzi partiyalar da 50-80 namizədlə qatılacaqlarını deyib qürrələnirlər.

Əslində bu prosesdə mesajlar seçkiyə, seçiciyə deyil, daha başqa formada siyasi müxalifətdə olan rəqiblərinədir. Mübarizə yenə də “müxalifət olaraq daha çox gücə sahibəm” ritorikası ilə gedir. Ona görə də bu gün seçkidə iştirak edən bir çox partiya sədrlərinin, yaxud üzvlərinin yeni reallıq əsasında nə dərəcədə fəaliyyətində dəyişiklik etdiyinə toxunmadan, eləcə də vaxtilə içəridən bir-birinə etimadsızlıq göstərərək nüfuzdan düşmələrini, içdən dağılmalarını, bir-birini ittihamlamarını da yaddan çıxarsaq, seçkiyə hansı baza, hansı üzvlərlə gedəcəkləri ən böyük mübahisədir. Ona görə AXCP sədri Əli Kərimli şansını zorlamadan boykotu seçdi. Bundan sonra ətrafı qamçılamağa, guya özünü daha milli göstərib “Don Kixotluq” etməyə nə var ki… Əli Kərimlilər daha asan yolu seçdi. Şansı bol olsun”.

 

R.Hüseynov bildirdi ki, bütün hallarda bu gün siyasi partiyalar üçün kimin seçiləcəyi yox, kimin seçkiyə daha çox namizədlə qatılacağı daha çox maraqlıdır:

 

“Daha çox namizədlə “tarix yazmaq” istəyən siyasi partiyalar Milli Məclisə düşməsələr də belə, nə qazanacaqlar? Hələlik isə sanki seçkiyə qatılan müxalif nümayəndələr öz əzələlərini şişirdib, güclərini bir-birinə göstərən həvəskarlar kimi çıxış edirlər. Sanki seçkiyə daha çox namizədlə qatılma marafonu keçirilir və hər kəs çox həvəslidir. Hər kəs bütün dairələri öz namizədi ilə tutmaqla müxalifətçi gücünü, elektoratını təqdim etməyə çalışır. Amma boş qalan yerlərə şansını dənəməyə qərar verən partiyaların ötən illərin qalmaqallı seçki prosesinə, yaxud seçkiləri dəfələrlə boykot etmələrinə rəğmən bu prosesin necə gedəcəyi və nə dərəcədə seçkidə səmimi çıxış edib, həqiqi səslərini qazanacağları mübahisəlidir.

Bütün hallarda hər bir siyasi partiyaya real siyasi mübarizə və real qələbə ilə qara keçmişlərini silmələrini arzulayıram”.

 

Qeyd edək ki, ən son məlumata görə, 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?