"Bu, Fransanın Azərbaycana qarşı qərəzinin bir hissəsidir"

21:32 30-07-2024 | icon 255 | Siyasət
"Bu, Fransanın Azərbaycana qarşı qərəzinin bir hissəsidir"

Mətin Məmmədli: “Fransa ilk növbədə bölgədə özünün geosiyasi maraqlarını təmin etməyə çalışır”

 

"Bu gün Fransada keçirilən Olimpiya oyunlarında Fransa mediasının nümayiş etdirdiyi mövqe əslində Fransa dövlətinin son illərdə ölkəmizlə, regionumuzla bağlı nümayiş etdirdiyi siyasətin tərkib hissəsidir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Beynəlxalq Münasibətlərin təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib.

 

Onun sözlərinə görə, “frans 2” telekanalının jurnalistləri ölkəmizlə, Qarabağla bağlı yalnış, qərəzli fikirlər səsləndirməsi təsadüfi deyil:

 

"Fransanın məqsədyönlü siyasətinin Azərbaycana qarşı qərəzli siyasətinin bir hissəsidir. Görünən odur ki, Fransa idman oyunlarından da özünün siyasi məqsədləri üçün istifadə edir. Yəni bu prosesi siyasiləşdirməyə çalışır ki, bu da yolverilməzdir. Hesab edirəm ki, bu, əslində Olimpiya oyunlarının fəlsəfəsinə mahiyyətdə bir zidd davranışdır. Təbii ki, Azərbaycan tərəfindən Fransa mediasının belə bir mövqeyi adekvat qiymətləndirilib. Fransa tərəfindən ortaya qoyulan yanaşma, qərəzli siyasət təəssüf ki, bölgədə sülhə deyil, əksinə, yeni hərbi siyasi gərginliyin yaranmasına səbəb olur. Düşünürəm ki, hər halda Fransa bu siyasətini həyata keçirilməklə ilk növbədə bölgədə özünün geosiyasi maraqlarını təmin etməyə çalışır”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?