Kanadada qorxunc görüntülər

08:12 31-07-2024 | icon 283 | Maraqlı
Kanadada qorxunc görüntülər

Kanadanın Edmonton şəhərindəki avtobus dayanacağında çəkilmiş qorxunc görüntülər gündəm olub.

 

Haberler.com yazır ki, məktəblilərin gəlməsindən bir neçə saat əvvəl lentə alnmış videokadrlar narkotik aludəçilərinin acınacaqlı vəziyyətini ortaya qoyub. Məşhur "The walking dead" serialını xatırladan kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.

 

Klarevyu avtobus dayanacağında çəkilmiş 15 saniyəlik videoda 7 narkotik aludəçisinin özünü zombi kimi aparması əks olunub. Onlardan bəzisi yavaş-yavaş hərəkət edir, digərləri isə, demək olar ki, huşsuz vəziyyətdə irəli əyilərək yerlərində donub qalıb. Bir nəfər də yerdə oturub və əşyaları ətrafa səpələnib.

 

Mütəxəssislərin sözlərinə görə, bu vəziyyət metadon və "tranq" adlanan "Ksilazin" kimi maddələrin istifadəsi ilə bağlı ola bilər ki, bu da ağır keyimə və huşun itirilməsinə gətirib çıxarır.

 

Edmontonda yaşayan bir hadisə şahidi şəhərdə ciddi narkotik probleminin müşahidə olunduğunu və ictimai nəqliyyatın təhlükə saçdığını deyib. O, biznes mərkəzlərinə daxil olmaq üçün xüsusi təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edib.

 

Onun sözlərinə görə, Kanadanın müsbət imicinə baxmayaraq, bu görüntülər ölkənin də ciddi narkotik böhranı ilə üzləşdiyini göstərir. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?