Dünyanın ən qədim və zəngin dillərindən biri...

08:30 01-08-2024 | icon 268 | Cəmiyyət
Dünyanın ən qədim və zəngin dillərindən biri...

Ana dilimiz saf və təmiz şəkildə gələcək nəsillərə ötürülməlidir

 

 

 

 

 

KAMİLƏ ƏLİYEVA
Milli Məclisin deputatı, professor

 

 

Dünyada yaşayan müxtəlif millət və xalqlara məxsus minlərlə dil mövcuddur. Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir.

 

 

Qədim zamanlardan Azərbaycanın dahi mütəfəkkirləri Azərbaycan dilində bəşəri dəyərlərə xas əsərlər yaradaraq ana dilimizi dünyaya tanıdıblar. Əcdadlarımızın, müdrik babalarımızın, ağbirçək nənələrimizin bizə miras qoyduqları ana dilimizi qorumaq hər birimizin mənəvi borcudur. Ana dili hər bir millətin milli sərvətidir. Azərbaycan dilinin bu günkü günə qədər saf və təmiz gəlib çıxmasında ulu öndər Heydər Əliyevin misilsiz əməyi olmuşdur. Bu ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətidir.

 

Ötən əsrin 70-ci illərində SSRİ-nin tərkibində olan respublikalarda milli dil gündəmə gətirilməyə başladı. SSRİ Konstitusiyasının qəbul edilməsindən sonra milli dillər daha çox sıxışdırılmağa başlandı və məhv olmaq səviyyəsinə qədər gəlib çıxmışdı. Digər respublikaların rəhbərlərinin milli dillərin təbliği barədə danışmağa belə qorxduqları vaxt 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində çox cəsarətli və qətiyyətli mövqe bildirdi. Belə ki, 1969-cu ildə hakimiyyətə gəldiyi ilk aylarda Bakı Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyevin Azərbaycan dilində çıxış etməsi o zaman üçün böyük cəsarət tələb edirdi. Ulu öndər qorxmadan və çəkinmədən bunu etdi.

 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978- ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına "Azərbaycan SSR nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olunmuşdur. Azərbaycan dilinin təbliği , inkişaf etdirilməsi üçün ulu öndər Heydər Əliyev bütün vasitələrdən istifadə edirdi. Ziyalılara, yazıçı və şairlərə, dilçi alimlərə xüsusi diqqət ayırır, onların Azərbaycan dilində kitab nəşr etdirmələri üçün hər cür diqqət və dayaq göstərirdi.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın dünya xalqlarının yazı sisteminə qoşulması üçün latın qrafikalı Azərbaycan əlifbasına keçməsi zərurəti yarandı. Ulu öndər Heydər Əliyevin 9 avqust 2001- ci il tarixli Fərmanı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

 

Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması üzrə siyasi xəttini layiqincə davam etdirir. Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişafı, təkmilləşdirilməsi və qorunması istiqamətində bir çox Fərman və Sərəncamlar imzalanmışdır. Ölkə başçımızın söylədiyi "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir" fikri hər bir Azərbaycan vətəndaşı üçün bir örnəkdir.

 

Bu gün yetişən gənc nəsillər də ana dilimizi saf və təmiz şəkildə gələcək nəsillərə ötürməlidirlər. Dilimizim, əlifbamızın yaşaması üçün çalışmalıdırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?