Paris Olimpiadasında bu gün çıxış edəcək İDMANÇILARIMIZ

09:22 01-08-2024 | icon 291 | İdman
Paris Olimpiadasında bu gün çıxış edəcək İDMANÇILARIMIZ

Bu gün Azərbaycanın daha bir idmançısı Paris Olimpiadasında mübarizəyə başlayacaq.

 

Versus.az xəbər verir ki, cüdoçu Zelim Kotsoyev ilk görüşünü keçirəcək. 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.

 

Bundan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Aybek Oralbay olacaq.
 

 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Ötən gün ABŞ seçməsini məğlub edərək qrupda ilk qələbəsini qazanan komandamız əvvəlcə Fransa, ardınca isə Almaniya millisi ilə qarşılaşacaq.
 

 

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?