"Azərbaycana qarşı nə qədər düşmən olduqlarını bir daha göstərdilər"

13:02 01-08-2024 | icon 296 | Siyasət
"Azərbaycana qarşı nə qədər düşmən olduqlarını bir daha göstərdilər"

Aydın Quliyev: “Bu, Fransa tarixində uğursuz səhifələrdən biri oldu”

 

"Fransa höküməti və şəxsən prezident Makron Olimpiya oyunlarına ev sahibliyini həyata keçirdərkən daxili və xarici siyasətdə konkret məsələlər hədəfləyib".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi təhlilçi Aydın Quliyev bildirib.

 

Fransanın hansı vəziyyətdə olduğunun bəlli olduğunu vurğulayan A.Quliyev qeyd edib ki, bu ölkənin həm daxilində, həm də beynəlxalq siyasətdə nə kimi problemlərlə üzləşdiyi göz qabağındadır:

 

"Sosial-iqtisadi zəmində etirazlar, ölkədə vətəndaş həmrəyliyinin pozulması, müəyyən qruplar arasında qarşıdurma, Fransa cəmiyyətinin siyasi cəhətdən kəskin şəkildə parçalanması, müstəmləkələrin azadlıq uğrunda açıq mübarizəyə başlaması Fransa üçün təbii ki, çox böyük çətinliklər yaradır. Belə şəraitdə Makron hakimiyyəti Olimpiya oyunları kimi mötəbər bir beynəlxalq idman yarışına ev sahibliyi etməklə dünya ictimaiyyətinin diqqətini həm özünün daxili və xarici siyasətdəki problemlərindən yayındırmağa, həm də Fransanın guya çox qüdrətli və sivil bir ölkə olduğunu dünyaya nümayiş elətdirmək üçün çalışır. Amma ortaya çıxan nəticələr, təzahürlər Makronun Olimpiya oyunları arxasında güddüyü niyyətlərin iflasa uğradığını deməyi əsas verir. Aydındır ki, Fransa dövləti həm belə oyunların təşkil olunmasında yetərincə səriştəsiz, təşkilatçılıq bacarığına malik deyil, həm də ölkənin daxilində müxtəlif dövlətlərə, o cümlədən də Azərbaycana qarşı bir fobiyasının olduğunu nümayiş etdirmiş oldu. Açılış mərasimində televiziya aparıcısının Azərbaycana və Ermənistana açıq şəkildə fərq qoyması, əsasən siyasi motivlərlə danışmaları, Azərbaycana qarşı qərəz nümaiş etdirməsi bir daha sübut edir ki, Makron Olimpiya oyunlarının fəlsəfəsini və Beynəlxalq Olimpiya Qaydalarını kobud şəkildə pozdu. Çünki Olimpiya oyunları hər cür siyasi yanaşmanı kənara qoymaqla yalnız idman prinsiplərinə söykənməyi və beləliklə də bu yarışları dünya xalqları və insanlar arasında bir həmrəylik müstəvisinə çevirməyi təlqin eliyir. Amma Fransa hökumətinin və Fransanın Olimpia təşkilatçılarının yanaşması tamamilə açıq oldu və bunlar Azərbaycana qarşı nə qədər düşmən niyyətdə olduqlarını bir daha büruzə verdilər. Əlbəttə, belə tədbirlərə ev sahibliyi etmək artıq onu deməyə əsas verir ki, Fransa üçün böyük bir itkidir”.

 

A.Quliyev hesab edir ki, Fransa 11 milyard avronu bu tədbirlərin təşkilatçılığına yönəltməklə əslində ölkəyə malik həddən böyük ziyan vurdu. Çünki əgər bu tədbirlərlə Fransanın dünyada zədlənmiş imicini bərpa etmək mümkün olmadısa, müstəvilik, müəyyən dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlər daha da pisləşdisə, bu Fransanın itkisindən başqa bir şey deyil:

 

“Yəqin ki, oyunlardan sonra Fransa hökuməti və Fransa ictimaiyyəti bütün bunların hesabını Makrondan soruşacaq. Çünki küçələrə səpələnmiş 11 milyard avro Fransada vergi ödəyicilərinin puludur, fransız cəmiyyətinin müəyyən sosial-iqtisadi ehtiyaclarından kəsilmiş puldur, Fransa müstəmləkələrinin istismarından gələn puldur. Və bu pul əslində Fransa dövlətinin imicinin bərpa olunmasına yox, onun imicinin daha da korlanmasına xidmət elədi. Buna görə Olimpiya oyunlarına ev sahibliyini Fransanın tarixində uğursuz səhifələrdən biri kimi dəyərləndirmək olar. Bunun da müqəssiri təbii ki, Makron hakimiyyətidir. Yəqin ki, bu hadisələrə qiymət veriləcək və Makronun belə mötəbər yarışları siyasət və siyasi ambisiyalar meydanına çevirməyinin bir məsuliyyəti olacaq. Beynəlxalq Olimpiya Komitəsi də buna ciddi qiymət verməlidir. Ona görə ki, Makronun belə tədbirlərdə bu cür yanaşması və bu cür nəticələr ortaya qoyması təkcə onun özünün yox, ümumiyyətlə Beynəlxalq Olimpiya Hərəkatının dünyada nüfuzuna və perspektivlərinə kölgə salmış olur. Çünki bundan sonra da Beynəlxalq Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələr olacaq. Və Makronun bu gün Olimpiya oyunlarını siyasiləşdirmək “təcrübəsi” gələcəkdə bu oyunlarda təşkilatçı olacaq ölkələrin də fəaliyyətinə müəyyən qədər mənfi təsirini göstərə bilər. Ona görə də Olimpiya oyunlarında Makronun təşkilatçılığına və göstərdiyi siyasi ambisiyalara mənə elə gəlir ki, müasir beynəlxalq tribunalar mütləq qiymət verməlidir”. hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?