Fransanın Olimpiadada Azərbaycana qarşı QƏRƏZİ

14:00 01-08-2024 | icon 432 | Siyasət
Fransanın Olimpiadada Azərbaycana qarşı QƏRƏZİ

Azər Badamov: “Fransa reallıqları və ləkəli tarixi ona ev sahibliyi etməsinə haqq vermir”

 

Özünü Ermənistanın dostu, müttəfiqi elan edən Fransa Azərbaycana qarşı qərəzli, ərazi bütövlüyünü şübhə altına alan çıxışlarını Olimpiya Oyunlarının ilk günündə sərgilədiyi şou ilə bir daha iç üzünü göstərdi. Bu, nə qədər qəbuledilməz, absurd olsa da, günün rellığıdır və dünyanın gözü qarşısında baş verir. Olimpiya Oyunlarını yayımlayan Fransa özünün ikilistandartlı yanaşmasını ortya qoyub. Fransanın ölkəmizə qarşı mövqeyi Olimpiya Oyunlarının nizamnaməsinə nə dərəcədə uyğundur. Fransa bu oyun ərəfəsində hansı oyunları qura bilər. Dünya idman qurumları buna hansı reaksiyanı verməlidir?

 

Ortada guya sülh çağırışı edən Olimpiya oyunları və Oyunların keçirildiyi Fransa dövlətinin Azərbaycana qarşı müharibə təxribarları var. Bu cür qərəzli yanaşma Fransanın evsahibi kimi təşkilatçılıq statusuna nə dərəcədə uyğundur?



Deputat Azər Badamov bildirib ki, Fransanın Olimpiya Oyunları keçirməyə mənəvi haqqı çatmır. Çünki, Fransa özündən min kilometrlərlə uzaqda yerləşən ada ölkələrini əsarət altında saxlayır, qul kimi işlədərək milli sərvətlərini talayır:

 

“XXI əsrdə neokolonializm siyasətinin davam etdirilməsi qəbul edilməzdir və bu insan haqlarının kobudcasına tapdalanmasına görə BMT və digər beynəlxalq təşkilatlar səslərini çıxartmalıdırlar. Fransa kiçik xalqları istismar etməyə və hüquqlarını tapdalamğa o qədər öyrəşib ki, həmin siyasətini Azərbaycana qarşı da tətbiq etmək istəyir. Düzdür, Ermənistan Fransanın quludur və ona görə də onları birtərəfli şəkildə dəstəkləyirlər. Amma Azərbaycan ərazicə Fransa qədər böyük ölkə olmasa da özünün suverənliyini təmin edib müstəqil siyasəti yürüdən ölkədir. Makron və onun ətrafındakılar Azərbaycana qarşı nə qədər çirkin niyyətlərini həyata keçirməyə çalısalar, bir o qədər də cavablarını alacaqlıar. Bu gün Fransanın bizə qarşı nümayiş etdirdiyi düşmənçiliyinə qarşı ən yaxşı cavabımız ada ölkələrin öz müstəqilliklərinə qovuşması üçün ayağa qalxmasıdır. Fransanın reallıqları və ləkəli tarixi Olimpiya Oyunlarına ev sahibliyi etməsinə haqq vermir”.

 

A.Badamov bildirib ki, Fransanın Yay Olimpiya Oyunları zamanı keçirdiyi təqdimatlar beynəlxalq idman yarışlarının normalarına ziddir. Onun sözlərinə görə, Olimpiya Oyunları bəşəriyyəti birliyə və həmrəyliyə çağırmalıdır. Hətta tarixdə Olimpiya Oyunları keçirdiyi zamanda müharibələrin müvəqqəti dayandırıldığı dövürlər də olmuşdur:

 

“Amma Fransa Sena çayı üzərində ölkələrin idman komandalarının keçidi ilə etdiyi təqdimat mərasimində ölkələrə qarşı qərəz və cinsi azlıqların təbliğini nümayiş etdirmişdir. O cümlədən Ermənistanı Fransanın dostu kimi və komandasının keçidi zamanı "erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu" kimi, Azərbaycan komandası keçəndə isə aparıcı Azərbaycanı "ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası" kimi təqdim edib. Olimpiya Xartiyasında qeyd edildiyi kimi, "Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir". Olimpiya oyunları sülh və həmrəyliyə xidmət etməli olduğu halda Makron hökuməti Parisdə keçirilən açılış mərasimini nifrət, özlərinin çirkin niyyətlərinin nümayişi və qəzəb üzərində təşkil etdi. Bu, ümumiyyətlə olimpiya idman məqsədlərinə ziddir. O cümlədən dünya xristianlığının təhqir edilərək İsa Peyğmbərin eybəcər obrazını düzəldərək nümayiş etdirdilər. Bu, həm də dünya xristianlarının kəskin etirazına səbəb oldu. Fransanın Olimpiya Oyunlarından öz çirkin məqsədləri üçün istifadə etməsinə görə Beynəlxalq İdman Federasiyası mütləq şəkildə müvafiq tədbirlərini görməlidir”.

 

A.Badamov eyni zamanda qeyd edib ki, Fransanın Olimpiya oyunlarında nümayiş etdirdiyi qərəz bu ölkənin belə mötəbər tədbirlərə ev sahibliyi etməsinə ümumiyyətlə uyğun gəlmədiyini göstərdi:

 

“Təqdimat mərasimində təkcə Azərbaycana qarşı təxribat olmadı. Həm də Cənubi Koreyanın komandasını Şimali Koreyanın komandası kimi təqdim olunması, Almaniya komandasına qarşı olunan haqsızlıq və sair halları misal göstərmək olar. O cümlədən Parisin bir tərəfində Olimpiya Oyunlarının təmtəraqlı açılış mərasimi digər tərəfində küçəyə atılmış evsiz insanların etiraz aksiyaları, zibil basan şəhərin küçələri, idmançıların təşkilatçılardan və xidmətlərdən narazılıqları və bu kimi halları çox qeyd etmək olar. Qısa olaraq sonda qeyd etmək istəyirəm ki, Olimpiya Oyunlarına ev sahibliyi edən Fransa özünün bacarıqsızlığının, Azərbaycana və digər bir neçə ölkəyə qarşı nümayiş etdirdiyi qərəz və düşmənçiliyin nümayişi ilə yadda qaldı”.

 

A.Badamov hesab edir ki, Azərbaycanın Fransaya verəcəyə ən doğru cavabı idmançılarımızın qələbə qazanması, bayarğımızın dalğalandırılması və himnimizi səsləndirməsidir:

 

“Keçirilən cüdo yarışında idmançımız Hidayət Heydərovun qələbə çalaraq birinci yerin qazanması qələbələrimizin davamıdır. Bizə düşmən gözü ilə baxan ermənipərəst fransızları idmançımızın qaldırdığı bayarağa və səsləndirdiyi himnimizə ayaq üstə qalxmasına məcbur edirik. Bundan sonra da qələbələrimiz çox olacaqdır. Biz döğyüş meydanında necə qalib gəlmişiksə Parisin mərkəzində idmanda da qələbə çalaraq bayarğımızı qaldırırq . Bundan şərəfli nə ola bilər. Sonda bütün idmançılarımıza qələbələr və uğurlar arzulayıram!” /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?