Gözlə oynayan CAHİLLƏR

17:14 01-08-2024 | icon 1099 | Sağlamlıq
Gözlə oynayan CAHİLLƏR

Cəmil Həsənov: ““Sizin arzusunda olduğunuz mükəmməl göz rənginiz olacaq” kimi reklam edilməməlidir”

 

Son zamanlar buynuz qişanın piqmentasiyası nəticəsində gözün rəngini dəyişmək barədə söz-söhbət gəzir.

 

Versus.Az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Buynuz qişanın patologiyası və transplantasiyası" şöbəsinin elmi işçisi, Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq Cəmil Həsənov müsahibəsində bu prosedurun nə dərəcədə dūzgün, yaxud da zərərli olduĝunu izah edib.

 

 

- Cəmil doktor, gözün rəngini dəyişən əməliyyat haqqında nə deyə bilərsiz?

 

- Doĝrusu, artıq bizim sahəmizdə baş verən biabırçılığı izləməyə səbrim çatmır. Eyni psevdooftalmoloqlar tərəfindən pul qazanmaq xatirinə insanlara necə yalan məlumatlar verildiyini çoxdan müşahidə edirəm. Həmişə ümid edirdim ki, xəstələr düzgün seçim edəcəklər. Amma təəssüflər olsun ki, bir çox xəstələr sadəlövhlük və məlumatsızlıq ucbatından gözdən əlil olurlar.

 

- Sertifikatlı buynuz qişa mütəxəssisi və 2008-ci ildən Azərbaycanda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın patologiyası ilə yaxından məşğul olan, ildə 60-dan çox buynuz qişa transplantasiyası edən bir mütəxəssis kimi buynuz qişanın piqmentasiyası nəticəsində gözün rənginin dəyişməsi xəbərini şərh edərdiniz.

 

- Bu prosedurdan sonra Xroniki quru göz; Ektaziyaya, bulanmaya, buynuz qişanın hidropsuna və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran buynuz qişanın deformasiyası; Yeridilən boyaya reaksiya kimi xroniki fotofobiya, iltihab, uveit; Buynuz qişada yeni qan damarlarının əmələ gəlməsi; Buynuz qişada çapıq və görmə itkisinə səbəb ola biləcək bakterial və ya göbələk infeksiyası; Buynuz qişada boyanın qeyri-bərabər paylanması; Boyanın gözün digər təbəqələrinə nüfuz etməsi; Miqrasiya və ya boyanın gözə daxil olması səbəbindən rəngin solması; Qlaukoma; Tam korluq kimi ağırlaşmalar baş verə bilər. Təbii ki, bu prosedur yaralanma, iltihab və ya buynuz qişanın anadangəlmə anomaliyası səbəbindən gözlərdəki anormal görünüşü (buynuz qişada bulanma və ya çapıq) aradan qaldırmaq üçün edilsə idi, sadaladığım bütün fəsadlara bəlkə də göz yummaq olardı. Amma bu sadəcə olaraq, müştərinin (gözünün patologiyası olmadığına görə bu insanlara xəstə demək olmaz-red.) gözünün rəngini dəyişmək istəməsi və israr etməsi səbəbindən edilirsə, ixtisaslı oftalmoloq tərəfindən bu, qəbuledilməzdir. Həkim ən azından bu əməliyyatın geri dönüşünün olmaması və ola biləcək ağırlaşmalar haqda ətraflı məlumat verməli, pul/qazanc xatirinə “sizin arzusunda olduğunuz mükəmməl göz rənginiz olacaq” kimi reklam etməməlidir.

 

- Dünya oftalmoloqları bu məsələyə necə baxırlar? Başqa ölkələrdə bu əməliyyatı keçirirlərmi?

 

- Dünyanın bütün oftalmoloji cəmiyyətləri “mən gözlərimin rəngini həmişəlik dəyişmək istəyirəm” səbəbi ilə aparılan bu prosedurun qəti əleyhinədir. Bu gün mavi gözlü, sabah yaşıl gözlü, ertəsi gün qəhvəyi gözlü görünmək istəyirsinizsə, kosmetik (rəngli) kontakt linzalardan istifadə edin.

İnternetdə buynuz qişanın piqmentasiyası və ağırlaşma riski haqqında çoxlu məlumat var. Təəssüf ki, internetdə göz rənginin dəyişdirilməsi ilə bağlı reklam çarxları bütün dünyada böyük populyarlıq qazanıb. Nəticələrini anlamayan insanlar pulsevən həkimlərin təklifi ilə bu son uydurmanı qəbul etməyə başladılar.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?