Millisiz, şüursuz şuralarda küləklə sovrulanlar

21:21 01-08-2024 | icon 818 | Kürsü
Millisiz, şüursuz şuralarda küləklə sovrulanlar

Sizi əsdirənlər düzgün əsdirmədilər...

 

 

 

 

 

 

 

Kürsüdə “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri RAMİL HÜSEYNOVdur

 

 

 

Azərbaycanda son dövrlər çox qurumlar yaranıb. Onlardan biri də şura adı ilə bağlı olub. Amma heç biri şüurlu olmayıb. Bax elə təşkilatlardan birinə də rəhbərlik edən Cəmil Həsənli idi. O Cəmil Həsənli ki…

 

Bəzi siyasəti bilməyən zavallılar da onların Qərbdən, Avropadan doldurulan əllərində tutduqları şarlara inanırdı. Bunlar o şarları havasından küləkləyirdi. Böyük iddialara düşmüşdülər. Siz özünüzün ən pik nöqtənizdə belə o iddialarda olmamısız. Parlamentdə təmsil olunanda özünüzü bam-başqa aparırdınız. Ən böyuk uğurunuz orda küləkləməyiniz olub. O küləklərin də heç bir xeyri olmadı, sizi əsdirənlər düzgün əsdirmədi.

 

Yaxşı, indi siz özünüzü tam təslim etmisiz şar dolduranlara. Nəyin peşindəsiz? Şuranıza milli don geyinməklə milli olmaq olmur. Milli şüur olmalıdır. Əgər o yoxdursa, nə rəngdə geyinirsiz geyinin, milli ola bilməzsiz.

 

Dəyərli həmvətənlilər, bu gün bizim ölkəmizə həmrəylik, birlik, bərabərlik lazımdır. Biz tarixin ən şanlı səhifələrini özümüz üçün açmışıq və bu tarixi qan tökməklə, şərəflə yazmışıq. Bu tarixi qorumaq bizə can verməklə, şəhidlərimizlə başa gəlib. Yaşatmaq hər bir vətəndaşın borcudur. Torpaqlarımız düşmən tapdağında olanda əslində milli olan bizlər, vətənə bağlı olan bizlər hansı hissləri keçirirdik. Uzun illər düşmən tapdağında olan o torpaqlar sanki bizə nifrət edirdi. İndi uzümüzü güldürən o torpaqlar şəhidlərimiz, qazilərimiz, doğru siyasət və diplomatik uğurları oldu.

Ondan əlavə bu prosesdə iştirak edənlərin torpağına, millətinə bağlılığı oldu. Məni gətirsinlər hakimiyyətə, mən torpaqları verərəm deyən siyasətçi milli ola bilərmi.

 

Yuxarıda qeyd etdiyim cümləni diqqətlə oxuyun… Bu gün o insanların seçkidən, siyasətdən, xalqa söz verməkdən danışmağa mənəvi haqqı yoxdu. Bu küləklər heç kimə lazım deyil. Bizim xəzrimiz, gilavarımız bizə bəsdi, siz özünüzə sənət tapın, şar zavodu açın, yaxşı sahibkar olun. Mən hakimiyyətdən xahiş edərəm sizə çox aşağı faizlə kredit ayırsın və qısa zamanda uğurlu sahibkar olasız…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY