Zelim Kotsoyevin arzusu Azərbaycan vətəndaşı olmaqdır

07:03 02-08-2024 | icon 373 | İdman
Zelim Kotsoyevin arzusu Azərbaycan vətəndaşı olmaqdır

Qızıl medal qazanan cüdoçumuzun UĞUR YOLU

 

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

 

Azərbaycan Cüdo Federasiyası yarışdan iki həftə öncə cüdoçudan və yaxınlarından müsahibə alaraq reportaj hazırlayıb.

 

Zelim Kotsoyev bildirib ki, 15 ildir bu idman növü ilə məşğul olur:

 

"Şimali Osetiyadan olduğuma görə, cüdo ilə orada məşğul olmağa başlamışam. Doqquz yaşım var idi, üçüncü sinifdə oxuyurdum. Atam səhər-axşam məni məşqlərə aparardı, hələ də xatırlamıram ki, hansısa bir məşqə getməyim. Atam həmişə mənə deyərdi ki, "bax, burada 40-50 uşaq var amma onlardan yalnız iki-üç nəfər sonadək döyüşəcək" elə də oldu. Artıq 15 ildir ki, bu idman növü ilə məşğulam".

 

 

Məşqçisi, Dünya Çempionu Elxan Məmmədovun sözlərinə görə, indi Zelim Kotsoyevin yalnız bir arzusu var. Azərbaycan Respublikasının vətəndaşı olmaq. O gələcəyini burada görür:

 

"Zelimlə Bakıda keçirilən yarışların birində tanış olmuşuq. Xarakterli bir idmançıdır. Yarışda qalib gəlsəm də tanışlığımız davam etdi. Atası xərçəng xəstəsidir. Ağlayaraq mənə dedi ki, oğlumun çempion olmasını istəyirəm. Yarışdan sonra ona zəng edib dedim ki, "oğlunuz çempiondur" göz yaşlarını saxlaya bilmədi".

 

 

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov isə, Zelimlə 2015-ci ildən tanış olduğunu bildirib. Onun necə dostcanlı olduğunu, yarışlarda bir-birilərinə necə dəstək olmalarından danışıb.

 

 

Həmin müsahibəni təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?