Azərbaycan Rusiyanı geridə qoyub

11:07 02-08-2024 | icon 436 | İdman
Azərbaycan Rusiyanı geridə qoyub

Azərbaycan avrokubokların üçgünlük sessiyasından sonra UEFA əmsallar cədvəlində irəliləyib. Bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.

 

23-cü sırada yer alan ölkənin əmsalı 18.375-ə bərabərdir.

 

"Qarabağ" Çempionlar Liqasında Cəbəllüttariqin "Linkoln" komandasının qapısına beş cavabsız qol vurub. "Köhlən atlar" səfərdə də qalib gəlmişdilər - 2:0.

 

"Zirə" ötən gün Slovakiyada "DAK 1904" klubunu üstələyib - 2:1. "Qartallar" ilk dueldə inamlı qələbə əldə ediblər - 4:0.

 

"Sabah" əlavə vaxtda İsrailin "Makkabi" (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.

 

Evdə Macarıstan təmsilçisi "Fehervar"a məğlub olan "Sumqayıt" səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

 

Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0.625 xal qazandırıb (bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir, yekun nəticə klubların sayına (4) bölünür).

 

Bu mövsüm qazanılan xallar 1.625-ə çatıb - "Zirə" ümumi hesaba 0.750 xal, "Qarabağ" 0.500 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" isə 0.125 xal töhfə veriblər.

 

Hazırda ölkəmizdən öndə olan Macarıstanın 19.500 xalı, geridə qalan Rusiyanın isə 18.299 xalı var.

 

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (89.160) başçılıq edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi