…Siyasi balansınız baş-ayaq olmasın

13:05 03-08-2024 | icon 798 | Kürsü
…Siyasi balansınız baş-ayaq olmasın

Məntiqə aid sinir sistemləri sıradan çıxıb

 

 

 

 

 

 

Kürsüdə “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri RAMİL HÜSEYNOVdur

 

 

 

Dünyada məntiq elmi tədris olunur və bu bizdə də mövcuddur. Müəyyən ixtisaslar üzrə bu, tədris olunan elmdir. Ümumiyyətlə isə bu elmin spesifik xüsusiyyəti və əhəmiyyəti hamı üçün lazımdır. Dərindən öyrənməsən də məntiqsiz insan yəqin ki, formalaşmayan insan statusunu təbii olaraq qazanır.

 

 

Bizdə məntiqsiz ictimai siyasi adamlar mövcuddur. Bu adamların məntiqə aid sinir sistemləri sıradan çıxıb, ya da anadangəlmə məntiqsiz olublar. Və deməli formalaşmayan insan tipidilər. Gah deyirlər Qarabağı almayıblar hələ proses bitməyib, gah deyirlər Qarabağı İlham Əliyev yox, ordu aldı, gah da deyirlər bu, qələbə deyil. Bu məntiqsizlər öz cılız xarakterləri ilə mənasız, məntiqsiz siyasi ambisyalarının dalıyca düşüblər. Dünya bu müharibədən danışır, sizin sevə-sevə müdafiə etdiyiniz anti-Azərbaycan dairələri bu qələbədən nə qədər narahat olduqlarını gizlədə bilmirlər.

 

Bu insanlar açıq şəkildə bizə düşmənçilik edənlərlə dostluq edir. Bunun bir anlamı var - uğursuzluğunuzu ört-basdır etmək xətrinə dövlətin milli maraqlarına qarşı çıxırsız və sizin niyyətiniz, öz məqsədiniz düçar olduğunuz, qurtula bilmədiyiniz məntiqsiz siyasi ambisiyalarınızdır. Artıq o qədər məntiqsiz addımlarınızla sürətlə gedirsiz ki, bütün “yama”lardan keçib zədələnmisiz, təkərlərinizin balansı pozulub, siyasi balans əldən gedib.

 

Azərbaycan öz uğurları ilə - işıqlı yolla gələcəyə doğru inkişafla, güclü, qüdrətli, bütöv, bütün iradəsi ilə irəliləyir. Seçkidən-seçkiyə başınızı qaldırıb guya fəaliyyət  göstərirsiniz, onu da gah baykotla, bəziləriniz isə bütün gücü ilə uğurlarımıza kölgə salmaq üçün qərəz, kin-kudirət, nifrət ilə hərəkətə keçib. Siyasətdə etika çox əhəmiyyətli və vacib mübarizə metodudur, siz bundan məhrumsunuz.

 

Bu ölkə artıq dəlilərin, kədərlərin, idbarların, natiqsizlərin və məntiqsizlərin ölkəsi deyil. Artıq bu ölkə zəfər ölkəsidir. Şanlı tarix yazan, güclü ordusu, mükkəmməl diplomatiyası, güclü lideri olan bir ölkədir. Mütləq nəzərə alın ki, siyasi balansınız baş-ayaq olmasın.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Seluelit deyib keçirik, əslində isə...

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ