Smartfon batareyasının "düşməni" olan məşhur PROQRAMLAR

11:24 05-08-2024 | icon 373 | Maraqlı
Smartfon batareyasının "düşməni" olan məşhur PROQRAMLAR

Hər gün onlarla mobil proqramdan istifadə edirik və onlardan bəziləri smartfonun batareyasını daha tez tükəndirir.

 

Qazeta.Ru-nun məlumatına görə, Rusiyanın "Powerbank MTS Yurent" şirkətinin texniki direktoru İlya Kazakov hansı proqramların smartfon batareyası üçün arzuedilməz olduğunu açıqlayıb.

 

Ekspertin fikrincə, smartfonun batareyası müxtəlif səbəblərdən tez boşalır. Onlardan biri arxa planda işləyən çox "ağır" proqramlardır.

 

"Sosial şəbəkələr - onlar arxa fonda işləyir, trafik və enerjini audio və videoların səsləndirilməsinə sərf edir, bildirişlər göstərir, geolokasiyadan, mikrofondan, kameralardan istifadə edir və məlumat toplayır", - ekspert izah edib.

 

Digər resurs tutumlu proqramlar məşhur mesencerlər "Telegram" və "WhatsApp"dır. Onlar həmçinin arxa planda işləyir, söhbətləri və kanalları yeniləyir, məlumat toplayır və bildirişlər alırlar.

 

"Oyunların batareyanızı boş yerə sərf etməsi təəccüblü deyil - onlar prosessor və qrafik xidmətlərinə maksimum yüklənirlər. Belə oyunlara məşhur "Call of Duty Mobile" və "Fortnite" də daxildir", - deyə o əlavə edib.

 

Samrtfon nə qədər çox xidmətdən istifadə edərsə, bir o qədər çox batareya istehlak edər. Xəritələr və naviqatorlar da enerji tutumlu hesab olunurlar. Onlar həm GPS, həm də internet bağlantılarından istifadə edirlər.

 

"Bir çox insan "YouTube", "Twitch" və ya "Netflix"i açır və onlara praktiki olaraq arxa planda saatlarla baxır. Təbii ki, bu, akkumulyator üçün çox çətindir", - deyə mütəxəssis qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY