Şoka salan ÖLÜM

10:11 06-08-2024 | icon 382 | Maraqlı
Şoka salan ÖLÜM

Arılar moldovalı deputatı öldürdülər

 

Moldova parlamentinin deputatı, Kənd Təsərrüfatı və Qida Sənayesi Komissiyasının sədr müavini Yuri Pasat arı sancmalarının səbəb olduğu anafilaktik şokdan vəfat edib.

 

Bu barədə hakim "Fəaliyyət və Həmrəylik" partiyasının "Facebook" səhifəsində məlumat verilib.

 

Partiyanın mətbuat xidməti siyasətçinin əməksevər və işinə sadiq olduğunu qeyd edib. Partiya, həmçinin Pasatın ailə üzvlərinə və yaxınlarına başsağlığı verib:

 

"Böyük kədərlə həmkarımız, Kənd Təsərrüfatı və Qida Sənayesi Komissiyasının sədr müavini, deputat Yuri Pasatın vəfatı barədə xəbər veririk. Onun ölümü bu gün səhər arı sancmalarının səbəb olduğu anafilaktik şok nəticəsində baş verib".

 

Qeyd edək ki, anafilaktik şok - ən ağır allergik reaksiyadır ki, allergenlə təmasdan bir neçə dəqiqə sonra inkişaf edə və ölümlə nəticələnə bilər. Statistikaya görə, hər il dünyada anafilaksiyadan təxminən 1500 insan ölür. Bal arısı və eşşək arısı sancmaları bu təhlükəli vəziyyətin inkişafının ən çox rast gəlinən səbəblərindən biridir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?